Yanaram lyrics

Songs   2024-07-07 07:28:07

Yanaram lyrics

Səndən iraq, ey sənəm, şamü səhər yanaram,

Vəslini arzularam, dəxi betər yanaram.

Eşq ilə şövqin odu canimə kar eylədi,

Gör necə tabəndə, ey şəmsü qəmər, yanaram.

Məndən iraq olduğun bağrımı qan eylədi,

Oldu gözümdən rəvan xuni-cigər, yanaram.

Şəmi-rüxün surəti qarşıma gəlmişdürür,

Şəşəəsindən mana şölə düşər, yanaram.

Səbr ilə aramımı qapdı əlimdən qəmin,

Badi-həvadən degil, qəmdən əgər yanaram.

Çıxdı içimdən tütün, çərxi boyadı bütün,

Gör ki, nə atəşdəyəm, gör nə qədər yanaram.

Yandığım ol yar üçün gizli degil, mən dəxi,

Hər nə qədər kim, anın könlü dilər, yanaram.

Müddəi yanar demiş qəmdə, Nəsimi üçün,

Qəmdə yanan yarı çün yar sevər, yanaram.

Imadeddin Nesimi more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Poetry
  • Official site:
  • Wiki:http://en.m.wikipedia.org/wiki/Imadaddin_Nasimi
Imadeddin Nesimi Lyrics more
Imadeddin Nesimi Also Performed Pyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs