I'm Gonna Be [500 Miles] [Azerbaijani translation]
I'm Gonna Be [500 Miles] [Azerbaijani translation]
Oyananda hə bilirəm nə olacam
Mən sənin yanında oyanan kişi olacam
Çölə çıxanda hə bilirəm nə olacam
Sənin yanında gələn kişi olacam
Əgər sərxoş olsam hə bilirəm nə olacam
Sənin yanında sərxoş olan kişi olacam
Əgər boş danışsam bilirəm kim olacam
Sənin yanında boş danışan kişi olacam
Amma mən 500 mil yol gedərdim
Və bir 500 mil də yol gedərdim
Təki sənin üçün 1000 mil yol gedib
Qapında yıxılan bir kişi deyə bilinim
Nə vaxt ki mən işləyirəm hə bilirəm nə olacam
Sənin üçün çox çalışan bir kişi olacam
Və vaxt ki, elədiyim işə görə mənə pul gələcək
Hər bir qəpiyini sənə verəcəm
Nə vaxt ki evə gəlirəm bilirəm nə olacam
Evə sənin yanına gələn kişi olacam
Və nə vaxt ki qocalacam bilirəm nə olacam
Səninlə birlikdə qocalan kişi olacam
Amma mən 500 mil yol gedərdim
Və bir 500 mil də yol gedərdim
Təki sənin üçün 1000 mil yol gedib
Qapında yıxılan bir kişi deyə bilinim
Nə vaxt ki mən təkəm hə bilirəm nə olacam
Sənsiz tək olan bir kişi olacam
Nə vaxt ki xəyal quracam bilirəm nə haqda xəyal quracam
Sənlə olduğum vaxtların xəyalını quracam
Çölə çıxanda hə bilirəm nə olacam
Sənin yanında gələn kişi olacam
Nə vaxt ki evə gəlirəm bilirəm nə olacam
Evə səninlə gələn kişi olacam
Evə səninlə gələn kişi olacam
Amma mən 500 mil yol gedərdim
Və bir 500 mil də yol gedərdim
Təki sənin üçün 1000 mil yol gedib
Qapında yıxılan bir kişi deyə bilinim
- Artist:The Proclaimers
- Album:Hollywood Soundtracks