Ağ Atlı Şahzadə lyrics

Songs   2024-06-26 17:18:55

Ağ Atlı Şahzadə lyrics

Səni ilk dəfə görəndə anladım sevirəm mən.

Bunu sevgimi içimdə saxladım gizlicə mən.

Mənim qəlbimdə yenə xəyallar, yenə sən və mən yenə buludlar

Mənim sərkərdəm, Mənim şəhzadəm olmur unutmaq,səni unutmaq

Mən deyiləm ağ atlı şəhazde yoxdu mavi gözlərim

Mən deyiləm tərbiyəli oğlan mən oğlu tozlu küçələrin

Mən deyiləm prokuror oğlu işləmirəm neft şirkətində

Mən deyiləm çorny poez heç yoxdu ehtiyyat kəmərimdə

Mən deyiləm pullu deyiləm varlı yoxdu bp də ofisim

Mən hamı kimi kiçik bir nöqtəsində bu megapolisin

Mən deyiləm nümunə. Geyim tərzim qəribə gülməli

Mən deyiləm uzun ömürlü mənim kimlər cavan ölməli

Mən çox kobud və soyuq bəyənməz valideyinlərin

Mən çox qürurlu və tərs çəkirəm özümə problemləri

Mən deyiləm ideal ər yoxdu qarnım, bığım, qalstukum

Mən deyiləm ideal ər yoxdu nə porşem nə leksusum

Sənə söz vermirəm ki olacam uşaqlara nümunəvi

Mən deyiləm marry poppins deyiləm ev qaydaları dəftəri

Mən adi rapçiyəm amma sən buna görə utanma

Cavanlıqda rapçi olanlardan biri Barrack Obama youu!

Səni ilk dəfə görəndə anladım sevirəm mən.

Bunu sevgimi içimdə saxladım gizlicə mən.

Mənim qəlbimdə yenə xəyallar, yenə sən və mən yenə buludlar

Mənim sərkərdəm, Mənim şəhzadəm olmur unutmaq,səni unutmaq

Sevmə məni rəfiqələrini eliyəcəm sənə düşmən

Axı mən nəs rəqəməm deməli burda var düşər düşməz

Axı mən tərs adamam çünki üzürəm axının əksinə

Gülürəm toylarda mən bəylə gəlin rəqsinə

Mən deyiləm ideal ər ki qəzet oxuyum birdə içim çay

Mən deyiləm ideal ər göndərim güllər və qızıllar

Mən deyiləm ev heyvanı, əhliləşmir vəhşilər

Mənim azadlığım birinci sonra gəlir sevgilər

Mənim həyat tərzim təhlükəli və doludu şayələrlə

Mənim baxçam olub küçə böyüməmişəm dayələrlə

Söz vermirəm nəvələri, nəticələri ama söz verirəm bacəra təhlükələri

Mən deyiləm gülərüz,deyillər dəlidi deyiləm!

Deyirəm qafiyə xətrinə dəridi deyirəm

Deyiləm vensan kastel, geyinmirəm gucci

Amma sən də deyilsən Monika Belluci youu!

Səni ilk dəfə görəndə anladım sevirəm mən.

Bunu sevgimi içimdə saxladım gizlicə mən.

Mənim qəlbimdə yenə xəyallar, yenə sən və mən yenə buludlar

Mənim sərkərdəm, Mənim şəhzadəm olmur unutmaq,səni unutmaq

Qaraqan more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Elkhan_Zeynalli
Qaraqan Lyrics more
Qaraqan Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs