Arriverà l'amore [Azerbaijani translation]

Songs   2024-07-05 13:42:46

Arriverà l'amore [Azerbaijani translation]

Neçə-neçə təbəssümsüz günün olub,

Küçədə narahatam, amma içəridə də

Məni dilxorluq əhatə edir.

Bu maneəli qaçışda məni axtarırsansa,

Tanıyarsan, çünki bir-birimizə yaxın düşəcəyik,

Həmişə və dönə-dönə.

Eşq gələcək bu dünyaya,

Məndə olan bütün sevgi sənə qarşıdır,

Bir saniyə içində gələcək,

Amma Böyük partlayış kimi əbədi davam edəcək.

Sən gələndə, gözüm həqiqət saçacaq,

Bu baxışlar cəngəlliyində məni tanıyarsan,

Bu cəngəllikdə.

Eşq gələcək bu dünyaya,

Məndə olan bütün sevgi sənə qarşıdır,

Bir saniyə içində gələcək,

Amma Böyük partlayış kimi əbədi davam edəcək.

Bu, dünyanı sağaldan bir partlayışdır,

Onun olmaması acı bir ağrıdır.

O, öz oxu ətrafında fırlanan kainatdır,

O, təslim olmamağın mənasıdır.

Buraya qədər gəlmək üçün

Böyük səy göstərmişəm.

Qorxulu bir qışdır.

Amma eşq də buradan keçir.

Heç bir yaranın üstünü örtmə,

Çünki elə olduğun kimi gözəlsən.

Bu, dünyanı sağaldan bir partlayışdır.

Mənim sənə olan eşqimi hiss et,

O, öz oxu ətrafında fırlanan kainatdır,

O, heç zaman təslim olmamağın

Mənasıdır.

Emma Marrone more
  • country:Italy
  • Languages:Italian, English
  • Genre:Pop, Pop-Rock
  • Official site:http://emmamarrone.net/
  • Wiki:https://it.wikipedia.org/wiki/Emma_Marrone
Emma Marrone Lyrics more
Emma Marrone Featuring Lyrics more
Emma Marrone Also Performed Pyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs