Bəs İndi?! lyrics

  2024-07-01 07:24:58

Bəs İndi?! lyrics

Cəmilə Əhmədzadə:

Bu soyquluq üşüdür, üşüdüm, üşüdüm

Bu səssizlik kar edir, var idin, bəs indi?

Əllərin dondurur üzümə toxunma uzaqda dur,

Yoluma çıxma sən, bu qədəri bəsimdir.

PRoMete:

Təcrübə sevgidə yaramır heç bir işə

Sevgi oyunlarında yer yox vərdişə

Hər dəfə eyni halqaları fırlanmalı olursan

Və oyundan çıxırsan əgər yorulsan

Burulğan olur ancaq hər şeyin əvvəlində

Həvəslənirsən qeydlər eliyirsən dəftərində

Sənə bağışlanır səhvlərin də

Sevinirsən ki sevilirsən səhvlərinlə belə

Amma hər şey dəyişir həftələrlə

Günlərlə saniyələrlə

Həyat dolmağa başlayır maneələrlə

Içində baş verən şübhələrlə oyanırsan gecələr

Anlaya bilmirsən nə bu qarışıq hadisələr

Qapanırsan, hər şeydən sən soyuyursan

Kənardan izləyərək anlamağa qoyulursan

Ya cəhənnəm istisində yanaraq kül olursan

Ya da soyuqdan iliklərinə qədər donursan

Cəmilə Əhmədzadə:

Bu soyquluq üşüdür, üşüdüm, üşüdüm

Bu səssizlik kar edir, var idin, bəs indi?

Əllərin dondurur üzümə toxunma uzaqda dur,

Yoluma çıxma sən, bu qədəri bəsimdir

PRoMete:

Küsmək barışmaq, bu bəzəyidi sevginin,

Amma əgər hər küsəndə dəyişmirsə sevgilin

Sən sevmək nədir bilirsənsə arifsən onda

Bilirsən dərin batan tikanı var hər gülün

Hər bir günün dəyəri də başqadır sən sevəndə

Sanki bütün dünya gülür bunu sən istəyəndə

Fəsillərdən nə olur olsun heç bir fərqi yox

Sənə xətər gəlmir soyuqdan istidən də

Son söz bil heç vaxt deyil sənin son söz,

Sən ancaq deyərək korlaya bilərsən ön söz

Kin yığmaq, başına cin vurmaq özündən çıxmaq

Axmaqlıq sən heç nəsən sevgidə dözümsüz

Nə qədər dözümün var ondan çox dözəcəksən,

Elə bilmə ayrıldın daha tənha üzəcəksən

Əgər daddınsa bircə dəfə dadını

Adını çəkib gözünü yumub sora köçəcəksən

Cəmilə Əhmədzadə:

Bu soyquluq üşüdür, üşüdüm, üşüdüm

Bu səssizlik kar edir, var idin, bəs indi?

Əllərin dondurur üzümə toxunma uzaqda dur,

Yoluma çıxma sən, bu qədəri bəsimdir...

  • Artist:PRoMete
  • Album:Köhnə Mahnılar
PRoMete more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Turkish, Russian
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://az.wikipedia.org/wiki/ProMete
PRoMete Lyrics more
PRoMete Featuring Lyrics more
Excellent recommendation
Popular