Bir Də Başdan lyrics
Bir Də Başdan lyrics
Skit (Xəstə - Uğur İbrahimli, Həkim – Rəşad Kərimli):
Xəstə: Bilirsiniz, mən bu gecə bir fikrə gəlmişəm. Daha doğrusu, sizinlə razılaşmaq istəyirəm.
Həkim: Hıh, sən? Nə razılaşma? Axı sən...
Xəstə: Yox, yox, dayanın! Axı mən sizdən bu vaxta qədər heç nə istəməmişəm. Birinci dəfədir, sizdən bir şey istəyəcəm... Və son dəfə. Söz verirəm, son dəfə!
Həkim: Yaxşı, buyur...
Xəstə: Nolar, hər şeyi geri qaytarın!.
Həkim: Başa düşmədim!
Xəstə: Mən başdan başlamaq istəyirəm...
Həkim: Aparın bunu öz palatasına!
Xəstə: Söz verirəm, hər şey başqa cür olacaq...
Həkim: Aparın bunu!
Xəstə: Mənə inanın...
Verse:
Necə asan olardı, hər şeyi almaq olsaydı geriyə bir də başdan,
Ya da elədiklərini silmək bacarığı olaydı, kaş ki, yaddaşdan.
Nə ürəklər olardı onda buz parçası, nə oynanılardı oyunlar,
Nə anlaşılmazlıqlar olardı, nə də ki, heç kimdə olmazdı baş daşdan.
Necə asan olardı, hər şeyi almaq olsaydı geriyə bir də başdan.
Beləcə sərhədlər də yığışardı, olmazdı möhkəmdən-yavaşdan.
Ya da məftillərdən körpülər tikilərdi, tikanlar sökülərdi,
Aralı qalmazdı bir də heç vaxt qardaş qardaşdan.
Necə asan olardı, hər şeyi almaq olsaydı geriyə bir də başdan.
Onda evim olardı çox sadə, ya taxtadan, ya da qamışdan!
Hər şeyi özümə dərd eləməzdim, dəli olardım, dərdimi çəkərdilər,
Ya da özümü öldürərdim bu sosial quruluşlar qurulmamışdan.
Necə asan olardı, hər şeyi almaq olsaydı geriyə bir də başdan.
Dilinizi yalandan təmizlərdim, içinizi qorxudan-təlaşdan.
Başa salmağa çalışardım ki, adəm övladı bu cür hərəkətlər yaraşmaz,
Ya da olmasa, göyərçin olub sizi qurtarardım bu qanlı savaşdan.
Necə asan olardı, hər bir addımımda tutan olsaydı əlimdən.
Düşünsəydilər yerimə, ən xoş sözləri desəydilər amma dilimdən.
Yəqin, bu, ən unudulmaz hiss olardı, hər kəsə özü qədər doğma görünmək.
Amma bacara bilmirəm mən palaza bürünüb elnən sürünmək.
Necə asan olardı, istəyəndə çönüb olmaq insan yox, kölgə,
Hər kəsi mümkün olsaydı sezmək, səni mümkün olmasaydı görmək.
Hamıya ürəyimdən keçəni deyərdim onda çəkinmədən, bəlkə?!
Qorxutmazdı məni nə hədə, nə də qorxu, nə də ki, heç bir təhlükə.
Necə asan olardı, istəmədiyin səsləri mümkün olsaydı, söndürmək,
Ya da xoş olmayan xatirələri bir anda boğub, məhv edib öldürmək!
Onda olmazdı yer üzündə nə cinayətlər, nə cəzalar, nə türmə,
Nə gözüyaşlılar olmazdı, nə də qəmlilər, asan olardı güldürmək.
Necə asan olardı, hər cümlədə olmasaydı bir cümlə sətiraltı,
Lap körpə uşaq kimi tərtəmiz olardı onda bu şüuraltı.
Yuxuları gecələr rahat yatardıq, Nağıl kimi bir ömür yaşardıq,
Lap sonda da kimsə göydən üç dənə qırmızı alma atardı!
Həkim: Kimin növbəsidir?
- Artist:PRoMete