Bura Bakıdır lyrics

Songs   2024-11-21 14:58:14

Bura Bakıdır lyrics

(verse 1: PRoMete, Miri Yusif)

Yığışdıq dostlaşdıq - hərflərlə baş-başa,

Öyrənirdik dəydikcə - hər dəfə baş daşa,

Qrimdən dərimiz korlanırdı, oynamalıydıq,

Axı biz aktyorlarıq - həyat ömürlük tamaşa.

Oynamaqla bitmir ki - gərək bəyəndirək də,

Maddi durum düzəlmir ki - quru ürək-dirəklə,

Amma hərdən kağız pul da olur aciz,

Yerlə yeksan olur hər şey bir küləklə.

Dost bil, buralara gəlmək üçün çox diş tökdük, çox dırnaq,

Rahat görünürük, amma inan ki elə də asan deyil ayaqda durmaq,

Sifətdə cırmaq çoxalır gündən-günə, sümürülür arteriyalar,

Ətraf anti-sanitar - zərərverici bakteriyalar.

Gücünü yığ, ayağa dur - olma hərkəsdən biri,

Seç, ya tapdaq altda öləcəksən - ya əzab və diri,

Bizə çox az yol göstərən olub bu yollarda,

Çoxunu yıxıla-yıxıla öyrənib PRoMete və Miri.

(nəqarət: Miri Yusif)

Bura Bakıdır,

bura şərqdir və qərbdir (bura Bakıdır),

Bura Bakıdır,

burada nə dəbdə bu bəlli (bura Bakıdır).

Bura Bakıdır,

bura şərqdir və qərbdir (bura Bakıdır),

Bura Bakıdır,

burada bəndələr fərqli (bura Bakıdır).

(verse 2: PRoMete, Miri Yusif)

Elə-bil nə isə səhv gedir - küçələrdə toz dolu,

Sök-tik, tik-sök - bezdirdik biz yolu,

Bəhsə-bəhsdi, bəlkə bəsdi, no parking,

Yer yoxdu bu şəhərdə - hər kəsin bir rolu.

Hələ də uzanır əl, hələ də ehtiyac, boşdu cib,

Hələ də küçədə var tində, bacada qıza söz atan tip,

Təhsildən, kitablardan xəbərsizlər - var hələ də var,

My brain is working, my heart is so deep.

Cəhənnəmini yaşamışıq biz - necədi cənnətin dadı,

Kiminçün cənnət bir loxma çörək - ya da ki daxmadı,

Baxmadıq hər çağıran səs qeyb olanda, anladıq ki,

Etdiyimiz səhvlərə görə necə də axmağıq.

Hər bir şeyə qiymət qoyduq - yaşamağa da vergi var,

Haqsızlıq çoxdu, amma - namazlarda cərgə dar,

Ürəklərdə buzqabılar, qulaqlarda dəmir qapılar,

İnsanlarda indi içdə yaranan qəribə şübhə var.

(nəqarət: Miri Yusif)

Bura Bakıdır,

bura şərqdir və qərbdir (bura Bakıdır),

Bura Bakıdır,

burada nə dəbdə bu bəlli (bura Bakıdır).

Bura Bakıdır,

bura şərqdir və qərbdir (bura Bakıdır),

Bura Bakıdır,

burada bəndələr fərqli (bura Bakıdır).

(verse 3: Miri Yusif)

Şeytan bizdən çəkinir, biz şeytanı da azdırarıq,

Xəyallar üçün küçədə qəbirləri qazdırarıq,

Bizə şərt qoyanın şərtin şumda kəsdirərik,

Gücümüz çatmayan yükü mətnlə qaldırarıq.

PRoMete more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Turkish, Russian
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://az.wikipedia.org/wiki/ProMete
PRoMete Lyrics more
PRoMete Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs