Careless Whisper [Azerbaijani translation]
Careless Whisper [Azerbaijani translation]
Əlini tutub
Səni rəqs meydanına apararkən
Özümü çox inamsız hiss eliyirəm
Musiqi dayananda
Gözlərində bir şey
Gümüş pərdəyə və onun bütün kədərli vidalarına
Baş əyməyə çağırır
(Nəqarət)
Bir də heç vaxt rəqs etməyəcəm
Günahkar ayaqlarım ritm tuta bilmir
Bacarırmış kimi davranmaq asan olsa da
Bilirəm ki inanmayacaqsan
Dostumu aldatmaq
Və verilən şansı itirmək yerinə
Daha yaxşı düşünməliydim
Ona görə də bir də rəqs etməyəcəm
Səninlə rəqs etdiyim kimi
Yaxşı bir dostun qayğısız pıçıltılarını
Zaman heç vaxt sağalda bilməz
Qəlbə və beyinə
Hər şeydən xəbərsiz qalmaq daha xoşdu
Çünki həqiqətdə rahatlıq yoxdu
Tək tapdığın acıdı
(Nəqarət)
Bir də heç vaxt rəqs etməyəcəm
Günahkar ayaqlarım ritm tuta bilmir
Bacarırmış kimi davranmaq asan olsa da
Bilirəm ki inanmayacaqsan
Dostumu aldatmaq
Və verilən şansı itirmək yerinə
Daha yaxşı düşünməliydim
Ona görə də bir də rəqs etməyəcəm
Səninlə rəqs etdiyim kimi
Bu axşam musiqi çox yüksək səslənir
Kaş bütün bu insanları itirə bilərdik
Bəlkə də beləsi daha yaxşıdı
Demək istədiklərimizlə birbirimizi incidə bilərdik
Birlikdə çox gözəl görünərdik
Bu rəqsi sonsuzadək yaşada bilərdik
Bəs indi mənlə kim rəqs edəcək?
Xahiş edirəm qal
(Nəqarət)
Bir də heç vaxt rəqs etməyəcəm
Günahkar ayaqlarım ritm tuta bilmir
Bacarırmış kimi davranmaq asan olsa da
Bilirəm ki inanmayacaqsan
Dostumu aldatmaq
Və verilən şansı itirmək yerinə
Daha yaxşı düşünməliydim
Ona görə də bir də rəqs etməyəcəm
Səninlə rəqs etdiyim kimi
İndi isə getmisən
İndi getmisən
İndi getmisən
Elədiyim bu qədər yanlış idi ki
Məni tək qoydun?
- Artist:George Michael
- Album:Make It Big