Dünya 2 [Şeir:M.H.Şəhriyar] lyrics

Songs   2024-07-04 14:26:38

Dünya 2 [Şeir:M.H.Şəhriyar] lyrics

Ustad Şəhriyar :

Birgün ağız qalar boş , birgün dolu dad olar

Gün var ki heşzad olmaz , gün var ki hərzad olar

Bəxtin dura baxarsan yadlar qohum qardaşdi

Amma bəxtin yatanda qohum qardaş yad olar

Yalandır ədalətin yalandır məhəbbətin

Yalandır duyğuların, mərhəmətin sədaqətin

Yalandır gülüşlərin baxışların sözün yalan

Sözündə düzün yalan,dünya özün yalan

Qəlbimə vuran dünya,bir oyun quran dünya

Günahın içinə salıb,sonra üzümə duran dünya

Ağarıb saç ilə baş qocalıb gözümdə yaş

Deyəsən yaxınlaşır Əzrayılım yavaş yavaş

Bu həyat çılpaq görür bizi ilk dəfəsindən

Və sonda yenə çılpağ sadəcə bəyaz qumaş

Torpağda yatan dünya,çürüyüb batan dünya

Və əcəl gəldiyi gün insanları satan dünya

Ya gücüm yoxdu mənim ya da yox cəsarətim

Verdiyin sevgi yalandır,bumudur ləyaqətin

Göstərib cahu cəlal taxtı tacı vermirsən

Elə bir xəlifəyəm zəbt olunub xilafətim

Dərdlərə salan dünya,hər yeri talan dünya

Sevdiyim hər nə varsa,əllərimdən alan dünya

Ustad Şəhriyar :

Çalış adın gələndə rəhmət oxunsun sənə

Dünya da səndən qalan axirdə bir ad olar

Gördün işin əğildi , durma,əkil gözdən it

Dostun görər darıxar , düşman görər şad olar

Kədərin ömrü uzun sevincin ömrü qısa

Bəlkə mən yanılmışam həyat bürünməmiş yasa?

Sən bir an düşünərsən öz ruhunu cənnətdə

Bu həyat zəncirləyib səni ruhunnan asar

Əlində qanlı bir daş üstümə atan dünya

Götürüb qüssə,kədər xoşbəxtliyə qatan dünya

Bilmirəm həqiqətmi yoxsa qaranlıq bir röya

Hərdən sevindirir mərhəmətlidir bu guya

Məni min bir üsulla öldürəcək basdıracaq

Sonradan ağlayacaqdır oxuyub quran dünya

Buz kimi küləklərlə pencərəmdə əsən dünya

Məni öz dırnağımla boğazımdan kəsən dünya

Yalandı həqiqətlər,yalandı insanlar

Halbuki qəlbimiz təmizdi pakdı deyir onlar

Sənin eşqin də yalan verdiyin qəm də yalan

Dünya sən də yalan dünya mən də yalan

Xəyala dalan dünya xarabə talan dünya

Nə canlar alan dünya haqqı da yalan dünya

Ustad Şəhriyar :

Bəxtin dura baxarsan yadlar qohum qardaşdi

Amma bəxtin yatanda qohum qardaş yad olar

Çalış adın gələndə rəhmət oxunsun sənə

Dünya da səndən qalan axirdə bir ad olar

Elvin Nasir more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:https://www.youtube.com/channel/UC4CIi5kBoP0G6Mi2ppICuwQ
  • Wiki:
Elvin Nasir Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs