Ódýr [Azerbaijani translation]
Ódýr [Azerbaijani translation]
İllər səndən zibil qutusuna atılmış çörək qırıntıları kimi qaçır
Qırıq xəyalların yığınlarında toplaşırlar
Geriyə baxırsan və düşünürsən:
Niyə özümü satdım -
Bu qədər ucuza?
Qalan gecələrin saylıdır
Həyatın fırlanan bir külqabıdakı yanıb tükənmiş bir siqaretdir
Geriyə baxırsan və düşünürsən:
Niyə özümü satdım -
Küllərin tabutuna toxunur və heç kim sənin kim olduğunu xatırlamır
Heç nə bitmək üzərə olan bir həyat qədər önəmsiz deyil
Sən planlarına yetəri qədər bağlı qalmadın kiminsə səni xatırlamağı üçün
Bundan sonra gələn qaranlıq gecənin çuxurudur və dibsiz unuduluşda sonsuz səfalət
Yorğanın altında gizlənirəm
Soyuğun örtdüyü
Gecə sakitcə izləyir
Əfsanələr anlatır
Boşluq yaxınlaşır
Yalınayaq ona qarşı savaşıram
Ölüm yatağımı hazırlayıram
Ölüm yatağımı hazırlayıram
İllər səndən zibil qutusuna atılmış çörək qırıntıları kimi qaçdı
Qırıq xəyalların yığınlarında toplaşdılar
Neçə dəfə geriyə baxdın və düşündün:
Niyə özümü satdım -
Bu qədər ucuza?
- Artist:Hatari
- Album:Neysluvara - EP