Dəyməz [Russian translation]
Dəyməz [Russian translation]
Sıxır qəlbimi intizarın,
Pozulub yuxumun intizamı.
Varlığın gözə görsənmir, zalım,
Yoxluğunun sadəcə yoxdur izahı.
Dodağımda susmur etirazım.
Beyin yox desə də, ürəyimə lazım.
Daha ona yoxdur etibarım
Nəyi dəyişərki etirafın?
Xəyala da dalma, Yadına da salma.
Nə çəkdiyini bilməz, ona görə dəyməz,
Nigaran da qalma...
Eşqini danma, amma çox ona bağlanma.
Nə çəkdiyini bilməz, ona görə dəyməz,
Alov olub yanma...
Ən çətin anda ağlıma gələr,
Yadıma gələr, amma yanıma gəlməz.
Vaxtında əgər, vermədi dəyər,
İndi qürurun əyər, elə ona görə dəyməz.
Bütün hislərimi bitirib o,
Bir ürəyi var, onu itirib o,
Bu mahnimin son sətiri o.
Daha sözüm yox, çünki ona görə dəyməz.
Xəyala da dalma, Yadına da salma.
Nə çəkdiyini bilməz, ona görə dəyməz,
Nigaran da qalma.
Eşqini danma, amma çox ona bağlanma.
Nə çəkdiyini bilməz, ona görə dəyməz,
Alov olub yanma...
- Artist:Natavan Habibi