Daşlı qala lyrics
Songs
2026-03-11 01:11:47
Daşlı qala lyrics
Dağlara çəm düşəndə
Bülbülə qəm düşəndə
Ruhum bədəndən oynar
Yadıma sən düşəndə
Bu qala daşlı qala,
Çınqıllı-daşlı qala
Qorxuram gəlməyəsən
Gözlərim yaşlı qala(r)
Əzizim olmayaydı,
Saralıb solmayaydı
Bir ayrılıq, bir ölüm
Heç biri olmayaydı
Bu qala daşlı qala,
Çınqıllı-daşlı qala
Qorxuram gəlməyəsən
Gözlərim yaşlı qala(r)
- Artist:Nahide Babaşlı