Fərqli Arzular lyrics
Fərqli Arzular lyrics
Verse: (Okaber)
Sevirdim sevgini, dəyişdim xəyanətə,
Dahi əsərləri sevirdim, dəyişdim cəhalətə.
Sevirdim əl uzatmağı, dəyişdim zərbəyə,
Sevirdim sülh yaratmağı, dəyişdim müharibəyə.
Sevirdim bayramları, dəyişdim faciələrə,
Sevirdim şokoladı, dəyişdim fahişələrə.
Atdığım addımlar baxmadan ardıma,
Sürətimi dəyişdirdim təcili yardıma.
Hər sətirdə vergül qoyurdum dəyişdim nidaya,
Sevirdim görüşləri, dəyişdim əlvidaya.
Sevirdim arzuları, dəyişdim dəyişdim qəbrlə,
Sevirdim danışmağı, dəyişdim sətirlə.
Sevirdim dürüstlüyü, dəyişdim bəhanəyə,
Sevirdim gülümsəməyi, dəyişdim qəhqəhəyə.
Agressiv satira, tənqid yazılır hər xanaya,
Mən sevirdim cəmiyyəti, dəyişdim dəlixanaya.
Nəqarət: (RG)
Hərdən fərqli arzular, fərqli duyğular,
Yoxdu Qorxum.
Səndən üz döndərib həqiqət
Sən sevirdin, dəyişdin
Verse : (Okaber)
Sevirdin sevgini sən, dəyişdin ehtirasa,
Mən gedəndə yazılarım dönəcək mirasa.
Qardaşım, çox ayağımın altını qazan var idi.
Deyərsən, Azərbaycanda belə yazan var idi!
(canavar) Yox! Mən adi bir insan olardım,
37-də yaşasaydım, repressiya qurbanı olardım.
Həyatımı xırdalayıb, yazdım çox hecalı şerə,
Orxan Mustafa-zadə’ni dəyişdim Okaberə.
Sevirdim yenilikləri, dəyişdim köhnələrə,
Uşaq meydançalarını, dəyişdim səhnələrə.
Həyatım düz gedirdi, mən dəyişdim tam əksinə,
Məktəbdə sevgi məktubunu, dinləyici sms-nə.
Söz tapmayanda yazmamışam Lyaka’dan,Lika’dan
Nə Premyer-Liqa’dan nə də ki super chikadan
Bir az aqressiya, lirika bir az satira
Varlığım bənzəyir 25-ci kadra
Nəqarət: (RG)
- Artist:Okaber