Gecələr
Gecələr
Aq duman tək yuxuna kaş ki gələydim gecələr
Qəmli ruhum haralar gəzdi biləydim gecələr
Hər səhər bir o ümidnən oyanaydım kaş ki
Baş qoyub sinənə sakitcə öləydim gecələr
Bölünüb min yerə hər zərrəmi bir ulduz edib
Başın üstündə səmaya düzüləydim gecələr
Ağlayıb gündüzü biçarə ölüb tək sənsiz
Baxaraq göz yaşıma sənlə güləydim gecələr
Aq duman tək yuxuna kaş ki gələydim gecələr
Qəmli ruhum haralar gəzdi biləydim gecələr
Hər səhər bir o ümidnən oyanaydım kaş ki
Baş qoyub sinənə sakitcə öləydim gecələr
Sən qaranlıqda ayı seyr elədikcə məndə
Ruhuna ay ışıqınan süzüləydim gecələr
Baş daşım üstə dudaq izlərini öpmək üçün
Allahımdanda xəbərsiz diriləydim gecələr
Aq duman tək yuxuna kaş ki gələydim gecələr
Qəmli ruhum haralar gəzdi biləydim gecələr
Hər səhər bir o ümidnən oyanaydım kaş ki
Baş qoyub sinənə sakitcə öləydim gecələr
- Artist:Aydın Sani