Gecdir lyrics

Songs   2024-10-05 20:32:33

Gecdir lyrics

Gördüm ki xəbər çıxmadı səndən

Çıxıb getmişəm incimə məndən

Çox səbr elədim məndən keçdi

Sən indi gəlmisən, indidə gecdir

Hər kəs var idi sənsə yox idin

Yadlar yar idi sənsə yox idin

Çox səbr elədim məndə keçdi

Sən indi gəlmisən, indidə gecdir

Yollara dikilib soldu baxışlar gəlmədin

Əsdi küləklər yağdı yağışlar gəlmədin

Aylar keçdi, illər keçdi

Sən indi gəlmisən indidə gecdir

Ahım buzları əritdi sənsiz

Həsrət ömrümü çürütdü sənsiz

Mən səbr elədim məndən keçdi

Sən indi gəlmisən indidə gecdir

Mən nə haydayam sən nə haydasan

Yalvarırdım ki bəlkə qayıdasan

Gözlədim səni məndən keçdi

Sən indi gəlmisən indidə gecdir.

Aydın Sani more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Pop
  • Official site:https://www.youtube.com/channel/UCqn86dWkYnNXPuOsS3pX69A
  • Wiki:
Aydın Sani Lyrics more
Aydın Sani Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs