İgid Əsgər Möhkəm Dayan! lyrics
Songs
2025-02-18 10:47:57
İgid Əsgər Möhkəm Dayan! lyrics
Çox sınadı bizi zaman,
Neçə şəhid getdi qurban.
Sinəsiylə sipər olan
İgid əsgər, möhkəm dayan!
Ya azad ol, ya candan keç,
İki yoldan birini seç,
Azadlığın şərbətin iç,
İgid əsgər, möhkəm dayan!
Salam VƏTƏN, salam ANA
Çətin gündə bizi sına.
Qanla cavab verək qana
İgid əsgər, möhkəm dayan!
Şəhid qanı axan torpaq,
Yad ayaqda olmaz tapdaq,
Düşmənlərin qan qusacaq,
İgid əsgər, möhkəm dayan!
- Artist:Şəmistan Əlizamanlı