Həyatın Özü lyrics
Həyatın Özü lyrics
(verse: AiD)
Xəyanət sabahı verilən gül dəstəsi kimi, səmimiyyətdən uzaq
Danışmaq çətindirsə gəl yazaq
Sehrli baxışın kimi əllərin də varsa
Al bu qış fəslin, əbədi döndər yaza
Unutmaq xəyal qurduğun gələcək səni etmədən məhv
Son mənzil eynidirsə, niyə bu qədər pillə edim dəf?
Ayağım səhv, hər addım atdıqca, növbəti hərf
Dəyişir alın yazımızda, susur göylər çünki edir sərf
Yuduqca sən hər sahili
Dəniz oldu sənət sahibi
Gözü kor şairlər belə hiss edib sevər zahiri
Bitəcək qanlı döyüşlər qəlbdə hissələr daxili
Dövranı yenə də sevməz əgər diriltsələr Sabiri
Bu sevgi sağ idi onu yaşatmaqçün sən yarandın
İllərdir kimlərsə sevir, illərdir kimlərsə dözür
Görəsən işlədərmi sevgililər həyatım sözün,
Sevgilidən qabaq xəyanət etsə həyatın özü?!
(Nəqarət: Tomris)
Həyatdan ötən illər hədər olmaz
Könüldə bitən güllər bir də solmaz
Sabahlar arzularıma gedən bir yol
Bu yollar bağlanmaz
(verse: AiD)
Yenə sən getdin
Yenə tək qaldım
Tanış notların içində birdən yarandı səs
Nə yaxşı dünən keçmişdə, bu günsə yanımda sən
Həyatın dəyəri qalmayıb, bil artıq qanımda sən
Həqiqəti tap misralarda mən əgər yalan desəm
Qırılmış qəlb əlimdə göylərnən danışanda
Dedi xəstəlikdir təklik al bu mələyi dərmandır sev
Edəndə hər anda bəhs, içilən hər and əbəs
Gedərdi sayılsa birgə yaşadığımız hər an bir səhv
Məni pis tanıyan bir kəs, nə bilsin dərin nəfəs
Çatmasa diriltməyə məni bəsdi oyan canım desən
Bu qəlbi yaxşı tik sevginlə qorxma yaram dözər
Uçmağa həsrət sevgimizi qanadların bəzər
Və hətta pıçıldasa qulağıma ayı yarım kəsən
Yenə də sevərəm olmaq sənlə mənə haram desə
(Nəqarət: Tomris)
Həyatdan ötən illər hədər olmaz
Könüldə bitən güllər bir də solmaz
Sabahlar arzularıma gedən bir yol
Bu yollar bağlanmaz (x2)
(verse: AiD)
Pıçıltı danışmaq üçün bəs etmirsə
Qələmim artıq kağızları isitmirsə
Mən gedərəm bilsəm ki, vərəq boş qalmaz
Yumşaq sətirlərsiz qəlblərə daş dolmaz
Hərdən, səni incidəndə sevilməy
Pərdəni, salıb arxamı çevirmək
Tərk etsəm də bəlkə boşluq yaranmaz
Get narahat olma bu yollar bağlanmaz
(Nəqarət: Tomris)
Həyatdan ötən illər hədər olmaz
Könüldə bitən güllər bir də solmaz
Sabahlar arzularıma gedən bir yol
Bu yollar bağlanmaz
- Artist:Orxan Zeynallı (AiD)