Il avait les mots [Azerbaijani translation]

Songs   2024-07-05 17:05:12

Il avait les mots [Azerbaijani translation]

O, həqiqətən məndən yaşca böyük idi.

Mən axmaq kimi onun əlinə düşmüşdüm.

Onun sayəsində mən bilmədiyim şeyləri kəşf etdim.

O, səmimi insana bənzəyirdi, buna görə də onu sevirdim.

Məni həmişə narahat edən o idi ki,

Axşamlar çox gec-gec zənglərimə cavab verərdi.

Amma o, mənə söz deyən kimi, mən mumlayardım.

(nəqarət)

Onun sözləri var idi,

O, daha beynimdən çıxmırdı.

Mən artıq gələcəyimi onun qoynunda görürdüm.

Onun sözləri var idi,

O, daha beynimdən çıxmırdı.

Onu əslində heç tanımadığımı bilməzdim.

Onun sözləri var idi.

Öz həyatım daha yox idi.

Tək düşündüyüm o idi,

Onun tez-tez yalan danışmağı məni yandırıb yaxsa belə.

Mənə nə isə danışarkən çaşardı,

Mənə sevgisini etiraf edərkən adımı səhv salardı,

Lakin mən dözürdüm, mən bağışlayırdım.

Maşınında oyuncaqlar tapardım,

Hirslənərdim ki, keçmiş aşnası ona hələ də zəng eləyirmiş,

Görəsən nə gizlədirdi məndən?

Bunu öyrənirdim.

(nəqarət)

Evinə qədər pusdum onu,

Bağa bir bax, evdə it də varmış,

Baho, bu nə ev-eşik,

Burada ailə həyatını dərhal təsəvvür etmək olur.

İndiyə kimi

Mən aldanırdımmış,

Mən aldanırdımmış.

Onun arvadı qəflətən qabağıma çıxdı,

O, mənə dərhal etiraf etdi ki,

Mən ərinin əyləndiyi ilk gicbəsər deyildimmiş.

İndiyə kimi

Mən aldanırdımmış,

Mən aldanırdımmış.

Məni həmişə narahat edən o idi ki,

Axşamlar çox gec-gec zənglərimə cavab verərdi.

Amma o, mənə söz deyən kimi, mən mumlayardım.

(nəqarət)

Sheryfa Luna more
  • country:France
  • Languages:French
  • Genre:R&B/Soul
  • Official site:http://sheryfaluna.artistes.universalmusic.fr/
  • Wiki:http://en.wikipedia.org/wiki/Sheryfa_Luna
Sheryfa Luna Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs