LA PAURA DEL BUIO [Azerbaijani translation]
LA PAURA DEL BUIO [Azerbaijani translation]
[1. Bənd]
Minlərlə səsin danışdığını eşidirəm, amma nə dediklərini eşidə bilmirəm
Güzgüyə baxıram və sirkdə olduğumu xəyal edirəm
Xoşbəxtlik karuselində və enmək istəmirəm
Artıq əylənməsəm belə
Bəzən möcüzə kimi hiss edirəm, bəzən xəcalətli
Sonra bir anda ağlımı itirirəm, amma bunu ətrafda demə
Ağlımı itirdim
Ağlımı itirdim
[Nəqərat]
Və ona görə məni al, məni dişlə, hər şeyimi al
Yenə də qaranlıqdan qorxmayacağam
Mən parçalanmış halda yerdə olanda belə
Yenə də qaranlıqdan qorxmayacağam
Və ona görə mənə tüpür, paltarlarımı qopar
Yenə də qaranlıqdan qorxmayacağam
Və ona görə məni al, məni sat, mənə hər şeyi et
Qaranlıqdan qorxan təkcə sənsən
Biz deyilik, biz deyilik, mən deyiləm, mən
[2. Bənd]
Şeytan ilə valsıma hazırlaşırdım
Uşaqlığımdan bəri
Mənə çılğın, alçaq, dəli deyə bilərsən
Bunun üçün şərabla qədər qaldıracağam
Bəli, sənin üçün qədər qaldıracağam
Bəli, sənin üçün qədər qaldıracağam
Çünki bilirəm ki mənə nifrət belə etsən
Mənim adımı oxuyacaqsan
[Nəqərat]
Və ona görə məni al, məni dişlə, hər şeyimi al
Yenə də qaranlıqdan qorxmayacağam
Mən parçalanmış halda yerdə olanda belə
Yenə də qaranlıqdan qorxmayacağam
Və ona görə mənə tüpür, paltarlarımı qopar
Yenə də qaranlıqdan qorxmayacağam
Və ona görə məni al, məni sat, mənə hər şeyi et
Qaranlıqdan qorxan təkcə sənsən
Biz deyilik
[Körpü]
Mənə geri dönəcəksən, yorğun görünərək
Qollarında kəsiklər olacaq
O qayıqda tək qaldın
Üzündəki işarələri tanıyıram
Dua edən əllərlə mənə geri dönəcəksən
Mənə geri dönəcəksən
[Çıxış]
Dua edən əllərlə mənə geri dönəcəksən
Mənə geri dönəcəksən
Dua edən əllərlə mənə geri dönəcəksən
Mənə geri dönəcəksən
- Artist:Måneskin
- Album:Teatro D’ira (2021)