Lalələr lyrics

Songs   2024-11-29 11:58:38

Lalələr lyrics

(verse 1: Badclause)

Həqiqət az tapılır ama olanda olur yalan tək ürəyli,

Bu şəhər bizi ayırdı, amma günah özümdəydi.

Deyirsən ki yaxşı ol, halımı dünən gecə görəydin,

Axmaq olmağımçün tək bəhanə də səni sevməkdi.

Bu yolda itirərdik əziyəti belə qram-qram,

Sən getsən belə on doqquzu unutmaram.

Qolların mənim evimdi, başqa ailə qurammaram,

Mənim olsan, sevincimdən sənöl bir həftə yatmaram.

Mən yazıram sən də qarala dayanmadan,

Gecələr üstünü örtüb, gedəcəm oyanmadan,.

Yarı yolda qoyan deyləm eləsən belə oyan-buyan,

Qolunda varsa başqası, mənə demə ki yanındayam.

Uzaq dayan yaxına gəlmə, mən xəstəliyəm,

Şair öldü dünən sənə musiqi bəstəliyən.

Sənsizlik davam eliyir üçüncü çərşənbədəyəm,

Son mesajın ağrı verdi, incimə can getməliyəm.

Chorus:

Yazdım səndən, yazacam daha nələr,

İçəndə gözümdə daşır piyalələr.

Bizi bizdən aldı bəhanələr,

Dönür Lalələr, ölür Lalələr. (x2)

(verse 2: Badclause)

...Qəlb öləndə birdəfə, ayağa durabilmir,

Sətirlər danışsa da hisslərini dindirmir.

Şairin dərdi varsa gecələr yatabilmir,

Səninçün dolan gözlərim artıq sənə baxa bilmir.

Sənə yazılan mahnılarda yaşıyır indi özgələri,

Biz ayrı dünyalarığ yaraşdırma özünə məni.

Dərin bir yuxuya ehtiyac var özümə gəlim,

Sən dünyaya məhkum mələk, abidəsi gözəllərin.

Əgər güvən varsa, hərşeyə söz verərəm,

Dodağın sussa belə ürək baxar göz deyənə.

Təki sən 1addım at mən 1il gözdüyərəm,

Bu münasibət getməsə sadəcə döz deyərəm.

Gölməçə bizi batırır sevgi kağız qayıqlarda,

Geri dönsən yenə səni yazacam ama ayıq halda.

Öldürdüyün bədənim doğulur özgə yataqlarda,

Bu sevgi xəyali gerçəkdi yoxdu kitablarda.

BadClause more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:
  • Official site:
  • Wiki:
BadClause Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs