Lazımsan lyrics

Songs   2024-10-18 08:31:31

Lazımsan lyrics

Bənd 1

Bir yandan gedişin bir yandan bir ömür dərdinlə yaşıyan var

Bilmirsən hələ də gizlincə adını qəlbində daşıyan var

İnsafın olsun ay zalım

Gəl məni bu qədər yandırma

Hər nə desən qəbul edərəm

Sevgimi yalan adlandırma

Nəqarət

Sevdisə sevəcək hökm edə bilmək olmur ki ürəyə

Mən səni qısqanıram bu yağan yağışa bu əsən küləyə

Bəlkə də sən mənim ömrümə bəxtimə yazılan yazımsan

Ama onu bilki sən mənə son nəfəsiməcən lazımsan

Bənd 2

Olmur ki yaşamaq sənsiz heç həyatım virandır gələsən sən

İstərdim nə çəkir həsrətdən bu ürək vurmur heç biləsən sən

Ey könül evimin sultanı

Yar yardan ayrı durmaz ki

Niyə başa düşmürsən sənsiz

Mənim də ürəyim vurmaz ki

Nəqarət

Sevdisə səvəcək hökm edə bilmək olmur ki ürəyə

Mən səni qısqanıram bu yağan yağışa bu əsən küləyə

Bəlkə də sən mənim ömrümə bəxtimə yazılan yazımsan

Ama onu bilki sən mənə son nəfəsiməcən lazımsan

Asif Maharramov more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Pop
  • Official site:
  • Wiki:
Asif Maharramov Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs