Mənim Deyil lyrics
Mənim Deyil lyrics
Nədir hicran bu ürək bilməzdi
Düşünürdüm bu sevgi ölməzdir
Mənə göstərdiyin o hiylə, kələk
Heç mənim ağlımada gəlməzdi
Mənə göstərdiyin o hiylə, kələk
Heç mənim ağlımada gəlməzdi
Könül verib inandığım
Dövrəsində dolandığım
Kölgəsində dayandığım
O budaqlar mənim deyil
Öpə bilmərəm bir daha
O yanaqlar mənim deyil
Bir zaman şirin sandığım
O dodaqlar mənim deyil
Bu sevgidə nə qədər səhv etdim
Sənin hər nöqsanını əfv etdim
Bu sənin xasiyyətindir beləsən
Çox heyf özüm özümü məhv etdim
Bu sənin xasiyyətindir beləsən
Çox heyf özüm özümü məhv etdim
Elə etmişdim etibar
Düşünürdüm dayağım var
Qəflətən yağdı bəyaz qar
Daha dağlar mənim deyil
Öpə bilmərəm bir daha
O yanaqlar mənim deyil
Bir zaman şirin sandığım
O dodaqlar mənim deyil
Mənə bu sevgi daha məhbəsdir
Səsini artıq duyuram yad səsdir
Gedirəm məcbur edirsən gedirəm
Bu qədər səbr elədim mən bəsdir
Gedirəm məcbur edirsən gedirəm
Bu qədər səbr elədim mən bəsdir
Çox demişdim məni dərk et
Sevirəm imdadıma yet
Ürəyim versə qərar get
Bu ayaqlar mənim deyil
Öpə bilmərəm bir daha
O yanaqlar mənim deyil
Bir zaman şirin sandığım
O dodaqlar mənim deyil
- Artist:Namiq Qarachuhurlu