Minnət Eyləməm [Greek translation]
Songs
2024-12-27 07:51:04
Minnət Eyləməm [Greek translation]
Xar içində bitən qönçə gülə minnət eyləməm,
Ərəbi, farisi bilməm, dilə minnət eyləməm.
Sirat-i müstəqim üzrə izləyərəm Rahimi
İblisin təlim etdiyi yola minnət eyləməm.
Bir əcaib dərdə düşdüm, hər kəs gedər karına,
Bu gün buldum – bu gün yerim, Haqq kərimdir yarına,
Zərrəcə tamahım yoxdur bu dünyanın varına
Ruzimi verən Xudadır, qula minnət eyləməm…
Ey Nəsimi, can Nəsimi ol qəni mehman ikən,
Yarın şəfaətlərim əhmədi-muxtar ikən,
Cümlənin ruzisin verən ol qəni səttar ikən
Yer üzünün xəlifəsi hünkara minnət eyləməm.
- Artist:Imadeddin Nesimi