Mr/Mme [Azerbaijani translation]
Mr/Mme [Azerbaijani translation]
Axşamınız xeyir cənab, xanım
Bu gün hər şeyi danışacağam sənə
Sənə "sən" ilə müraciət etmək istəyirəm
Çünki "siz"i xoşlamıram
İnsanları yaşlandırdığını düşünürəm
Və mən kiçik qalmaq istəyirəm
Ömrümün sonuna qədər bir uşaq qalmaq
Yaylıq və nalələr olmadan
Bəli, gedək, hər şeyi danışacağam sənə
Yaşadığım dram haqqında
Hər gün, cəhənnəmdə
Belə ki, buradayam
Getmək istəyərdim
Hər şeydən uzaqlaşmaq
Bu dəliyə dönmüş dünyadan
Və bilmirəm hara
Bu dünya məni boğur, əzir və yandırır
Məni yıxır, öz qovuğumda yaşamağıma icazə vermir
Getmək istəyərdim,
Hər şeydən uzaqlaşmaq, sadəcə qaçmaq
Qaçıb uzaqlaşmağıma icazə ver,
Bu dünyanı tərk edib sürgün edilməyimə
Əgər Tanrı intiharın günah olduğunu deyirsə
Ona qarşı səhv etmədən necə gedə biləcəyimi də desin
Məni həkimlərin "dəli" dediyi şeyə çevirsin
Və bəlkə də beləcə qaranlıqda aydın görə bilərəm
Belə ki, əziz cənab T1
Mənə kömək et, məni sev
Mən dözə bilmirəm
Gördüyüm bu dünyada
Bu çətinliklər dünyasında,
İnsanların sadəcə vəhşi olduğu,
Sevginin münaqişə və davadan başqa
Heç nə olmadığı
Özümə bir dünya yazmaq istəyərdim
Yalnız mənə aid bir planet
Özüm kimi hiss etdiyim
Bir planet
Zəncirsiz bir yenilənmə
Nifrətdən azad
Mənə qanad verəcəyin
Bir planet
Yeni bir kainat
Göz yaşlarının və əziyyətlərin
Sadəcə bir mifdən ibarət olduğu
Sadəcə lənət bir əfsanədən ibarət olduğu
Getməyimə icazə ver
Mənə necə qaçıb gedə biləcəyimi de
Kifayət qədər sual verdin
İcazə ver mənə, hər şeyi tərk etmək istəyirəm
Yaratdığın insanlar haqqında
Sevdiyim tək şey
Hər gecə uşaqlar kimi xəyal qura bilməyimizdir
Yaşlı da olsaq, gənc də olsaq, yaman da olsaq
Mehriban və hətta çirkin də olsaq
Xəyal qurmaq haqqımız var, ciblərimizdə heç nə olmasa da
Dilənçi, axşamlar yalvarıram
Ümid üçün yalvarıram
Amma gecə xəsisdir
Xanım morfinini saxlayır
Çünkü ödəniş etmədim
Ya da yetərli miqdarı vermədim
Sərvəti olmayan valideynlərdən dünyaya gəlmişəm
Aydan məhrum edir məni
Çünki şübhəsiz ki, bu dünyada
Bu rəqəmlər olmadan yaşamaq mümkün deyil
Uşaqların bəd canavarlara çevriliblər
Hər ay qazanırsan
Hər gün bir az itirirsən
Hesab sərtdir
Geri ödəyirəm, cəhənnəmi tərk edirəm
Düzdür, məğlub edilə bilərəm
Qəbul edirəm, təmin edirəm
Həyat iyrənc, acı bir dadla yeyir məni
Fəryadlarımı dinlə,
Bütün cəsarətimi qusmağımı
Pessimist bir axmaqın həyatını danışan bu səsə
Özümü tənha hiss edirəm, lənət!
Əlimi heç kim tutmur
Bu şöhrəti bölüşə biləcəyim heç kim yoxdur, lənət
Bu yolda tək gəzirəm,
Gələcəyi olmayan yolda
Sürətlənirəm amma sonda məni gözləyən heç kim yoxdur
Hər axşam içirəm
Sərxoş oluram
Müvəffəqiyyətin səni
əslində tənhalaşdırdığını unudmaq üçün
Bir neçə dost, azca həyat
Bir boşluğa kilidlənmişəm
Düşmənlərlə dolu, çıxış yoxdur
Tanrı, bir yol göstərənə ehtiyacım var
Bəzi beyinsizlər deyəcəklər ki
Lağ edirəm, şişirdirəm
Amma vecimə deyil o axmaqlar
Çünki mən gəncəm və çətinlik çekirəm
Başımın içi qarmaqarışıqdır
İşığı kim söndürdü?
Ana, aydın görə bilmirəm artıq
Aydınlanmağa ehtiyacım var
Birinci gələn xoşbəxtlikdir
Qəlbinə doyunca yeyə biləcəyi
Sevgi verəndə,
Ağrılarını yüngülləşdirən
Bədbəxtliyini unudursan
Amma əslində bir tələdən ibarətdir bu
Bu yalançılarla dolu axmaqlar nəslində
Qəlb bir dəfə qırıldısa
Onu yenidən çağırmaq mənasızdır
Yalnızlıq gəlib çatır
Səni tezcə tapmağa gəlir
Açmağını gözləmir, xeyir
Qapını döymədən içəri girir
Sənin kədərin məzədir onun üçün
Belə ki sən, kimsən sən?
Dərinliklərdə, bilirsən?
Çünki mən kim olduğumu bilmirəm artıq, itmişəm
Ehtirasım böyükdür
Məmnun etmək çətindir
Xoşbəxtliyimin acı bir dadı var
Belə ki, cənab, xanım
Qəbul edirəm, qəmginəm
Lakin yenə də uşaqlıq xəyalımı yaşayıram
Amma o məndən daha güclüdür
Hələ də bir şeyim əksikdir
Bu və oradakı şey
Həmişə daha çox, mən beləyəm!
Belə ki, ümid edirəm ki bir gün
Sevişə bilərəm
Səmimi biri ilə,
Mənimlə oyun oynamayacaq
Həqiqətən bezmişəm
Həmişə verib heç vaxt almamaqdan
Özümü sevməktən yorulmuşam
Bir can yoldaşım olmadan çətindir
Ancaq yenə də bilin ki
Səhnədə, sizin sayənizdə
Bu dəliyə dönmüş dünyadan uzaqlaşmış hiss edirəm
Çünkü bir şeyi korlayanda yazıram
Və rəqs edərkən gülürəm
Və mahnı oxuyarkən yaşayıram
Və bütün bunlar üçün sənə deyirem:
Təşəkkürlər
1. T: Tanrı'nın qısaltması
- Artist:Loïc Nottet
- Album:Sillygomania