Ən Ətirli lyrics
Ən Ətirli lyrics
(Verse: Mardan Kazimov)
Vuruldum hər səhər günəşdən öncə
Qaranlığa işıq saçan gözlərinlə
Yazanda hər sətirdə eşqdən incə
Tənhalıqdan uzaq qaçan sözlərim
Mən ayaqyalın uşaq kimi qaçanda
Yanımda sən olanda göylər gülümsər
Dodaqların gülüşlə nur saçanda
Dodaqlarım pıçıldar mənimsən
O günlərim uzaqda, sənsiz ürəyim saxta
Gözlərini yumanda sən yanımda
Ölümsüz olmasaq da,xəlvətdən ağlasaq da
Sevgin həyat verir yenə…
[Chorus]
Sən cənnətimdə bitən güllərin içində ən ətirlisi
Hər nəğmə sənlə bitən, fikirlərimdə uçan ən sehirli bir səs (x2)
(Verse: AiD)
İlk dəfə gördüm azadlıq küçəsində
Qəribədi, sonradan azadlığım oldun
Artıq iki qış, bir payız, iki bahar
Sən olmayanda rahatlığım olmur
Quşlar çiynimdən qanad açıb
Uçacaq yanaqlarımdan göyə
Hər sabahdan mənə qalan olacaq
Sevərək , “sabahın xeyir” deyənim
Mən evdəyəm, bura sənsiz soyuqdu
Necə ki, günəşsiz buludlar
Sən nə qədər uzaq getsən belə
Heçvaxt istəmərəm səni unutmaq
Bitmir sənsiz yollarım
Mən çinaram, sən ol barım
Təbiətə qarşıdı yolların
Yaram varsa belə mərhəmi qolların
Unutdum nə demək olduğunu doymağın
Səni ilk dəfə öpəndən sora
Yarandı səbəbi Bakıda qalmağın
Səni ilk dəfə görəndən sora
[Chorus]
Sən cənnətimdə bitən güllərin içində ən ətirlisi
Hər nəğmə sənlə bitən, fikirlərimdə uçan ən sehirli bir səs (x3)
- Artist:Orxan Zeynallı (AiD)