Neçə lyrics

Songs   2024-07-04 22:06:21

Neçə lyrics

Səhərim toranlıq, axşamım gecə,

Çoxalan çoxluğum çevrilir heçə,

Doğuldum nə təhər, öləcəm necə?

Qalıbdır neçə il, neçə gün, neçə...

Qalıbdır neçə il, neçə gün, neçə...

Bu günüm dünənə dirənib, mənim

Çölüm dostum olub, içim düşmənim,

Baharım gəlmədən solub səmənim,

Qalıbdır neçə il, neçə gün, neçə...

Qalıbdır neçə il, neçə gün, neçə...

Var-dövlət içində bir dilənçiyəm,

Bilmirəm hardanam, kiməm, nəçiyəm.

Məni kimlər aldı, satdı neçəyə?

Qalıbdır neçə il, neçə gün, neçə...

Əkdiyim arpanı biçə bilmirəm,

Arazın suyundan içə bilmirəm,

Yadigar körpümdən keçə bilmirəm,

Qalıbdır neçə il, neçə gün, neçə...

Qalıbdır neçə il, neçə gün, neçə...

Var-dövlət içində bir dilənçiyəm,

Bilmirəm hardanam, kiməm, nəçiyəm.

Məni kimlər aldı, satdı neçəyə?

Qalıbdır neçə il, neçə gün, neçə...

Rasim Muzefferli more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:
  • Official site:
  • Wiki:https://az.wikipedia.org/wiki/Rasim_M%C3%BCz%C9%99ff%C9%99rli
Rasim Muzefferli Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs