Novruz Gəlib lyrics

Songs   2025-12-08 02:09:18

Novruz Gəlib lyrics

Novruz gəlib yaz gəlib

Bir əlində saz gəlib

Bir əlində xoncası

Açıb gülün qönçəsi

Bülbülə avaz gəlib

Novruz gəlib, yaz gəlib...

Bülbülə avaz gəlib

Novruz gəlib, yaz gəlib...

Kosa səndə gəlsənə

Gəlib Salam versənə

O torbanı ver görək

Yumurtalar rəngbərəng

Hər biri can dərmanı

Ver dolduraq torbanı...

Hər biri can dərmanı

Ver dolduraq torbanı...

Novruza bax, yaza bax

O əriyən buza bax

Sellər axır şırhaşır

Çöllər olur yamyaşıl

Ot bitir yemlik bitir

Keçəl başa tük bitir...

Ot bitir yemlik bitir

Keçəl başa tük bitir...

Keçəl başın yağlasın

Dəsmal verək bağlasın

Məclis quraq oynasın

Çırdıq vuraq oynasın

Əl çalaq alqışlayaq

Bu məclisi başlayaq...

Əl çalaq alqışlayaq

Bu məclisi başlayaq...

Novruz gəlib, yaz gəlib

Bir əlində saz gəlib

Bir əlində xoncası

Açıb gülün qönçəsi

Bülbülə avaz gəlib

Novruz gəlib, yaz gəlib...

Bülbülə avaz gəlib

Novruz gəlib, yaz gəlib...

Aygun Kazimova more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Turkish, Russian, English, Portuguese
  • Genre:Pop
  • Official site:http://aygunkazimova.com
  • Wiki:https://en.wikipedia.org/wiki/Aygun_Kazimova
Aygun Kazimova Lyrics more
Aygun Kazimova Featuring Lyrics more
Aygun Kazimova Also Performed Pyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs