Oyun lyrics
Oyun lyrics
(verse: PRoMete)
Dünyaya sorğusuz gəldik,
Sözlər ölkəsində qələm aldıq.
Əllərimmi oldu günahkar bu yazılan sətirlərə görə,
Yoxsa, beyin fikirləşdi?!
Çıxılmaz sualların dilemmasında azdıq.
Bizə hər şey azdır. Biz tamah övladları.
Biz günah övladları, buz tutub ürəkləri!
Biz nə edə bilərdik ki, belə olmaması üçün?!
Hər şeyin başlanğıcı bizdən daha əvvəldi.
Bizim qaranlığımız vardı, biz bu qaranlığı da yardıq ki,
Bəlkə, Günəşi taparıq arxasında, amma orda heç Ay da yox idi.
İndi heç ümid də yoxdur.
Əvvəlində bitdi oyunum, bizi aldadırmışlar.
Anlayanda ancaq güldüm, həyatı ikiyə böldüm:
Bundan sonrakı və bundan əvvəlki...
Yəni, inandığın, bir də soyuqluğun hakimiyyəti.
Bəs, sevgi?
Sevgi də kimdədirsə, gizlədir.
(nəqarət: Ayka)
O, sənin içində, O, sənin üzündə,
O, yerin üzündə, O, tək mümkün.
O, güc dizində, O, gülüş hüzndə,
Hər kəsin izində, tək bir düzgün. (x2)
(verse: AiD)
Danışmağa çox şey var, bu qədər ömür yaşayandan sonra,
Başqalarının da yükünü beldə daşıyandan sonra.
İçimdə peşmançılıq hissi yoxdur başladıq deyə,
Ulduz etmək istəsəz də, biz qalxmadıq göyə.
Çox tərif yağdı, amma hansı içdən, hansı yalandan.
Seçmək olmur üstdən isti baxışı soyuq salamdan.
İçimdə əminlik var, bilirəm, xoşdur gələcək.
Əgər, nəyəsə layiqiksə, boşdur başqa hər gerçək.
Sulanır indi hər dibçək, amma nə fayda?!
İçilən zəhərdirsə, yaşamaz insan hətta böyük sarayda.
Bəsit insan çox sayda, öz planları ilə nəyisə arzulamaq.
Bir qayda, həyat nə hayda, biz nə hayda?!
Nə qədər qəlb hələ də darda kömək gözləyir.
İçimdə qorxu var ki, bəzən kömək əlimi gözlədir.
Beyində suallar var ki, əsl həyat sorğusu,
İçimdə ruh var, onun içində azad olmaq arzusu...
(nəqarət: Ayka)
O, sənin içində, O, sənin üzündə,
O, yerin üzündə, O, tək mümkün.
O, güc dizində, O, gülüş hüzndə,
Hər kəsin izində, tək bir düzgün. (x2)
(PRoMete)
Bizim qaranlığımız vardı, biz bu qaranlığı da yardıq ki,
Bəlkə, Günəşi taparıq arxasında, amma orda heç Ay da yox idi.
(AiD)
Beyində suallar var ki, əsl həyat sorğusu,
İçimdə ruh var, onun içində azad olmaq arzusu...
(nəqarət: Ayka)
O, sənin içində, O, sənin üzündə,
O, yerin üzündə, O, tək mümkün.
O, güc dizində, O, gülüş hüzndə,
Hər kəsin izində, tək bir düzgün. (x2)
- Artist:PRoMete