Pəncərə [Transliteration]
Songs
2024-11-26 13:07:17
Pəncərə [Transliteration]
Ay məni məndən alıb gedən,
Dərdlərim dərdə salıb gedən,
Ləzzəti çörəyimdə,
Ağrısı kürəyimdə,
Həsrəti ürəyimdə qalıb gedən...
Gecə çatdı səhərə,
Lay-lay dedim şəhərə.
Açılmadı bir kərə
Pəncərən, pəncərən, pəncərən...
Bir daha gəldim o yerlərə,
Tanış küçə, tanış pəncərə...
Bir ömür yaşayaydıq,
Bir günlük qovuşaydıq,
Bir anlıq qayıdaydıq o illərə...
Gecə çatdı səhərə,
Lay-lay dedim şəhərə.
Açılmadı bir kərə
Pəncərən, pəncərən, pəncərən...
- Artist:Rasim Muzefferli