Paranoia lyrics

Songs   2024-10-05 05:15:38

Paranoia lyrics

Günahkar gözlərim var, səsin gəlir çox həzin,

Bu melodiyalarda zərif düşüncə gəzir,

Məni iş-gəncə əzir, ümidlər sona çatmaqdan,

Arzular gözəməkdən məncə bezir,

Nə sənin kaprizin, nə intihar cəhdlərin

Heçnə qalmadı, yenə mənim indi var səhvlərim

Zamanı pozar vədləri, qalar məzar yerləri

Yazar bəndləri yenə qəlbim

Səni soruşar, yağışa xəstə ruhum

Danışa-danışa səni soruşar,

Bir az gülər, ağlayar yenə barışar

Ürəyim yanar alışar.

Günahkar gözlərim var, bu məndə ki paranoya,

Mənə lazım deyildi şan-şöhrət eyforiya həzin Ave Mariya,

Mən dəlixana divarlarından bağırardım,

Səni çağırardım, sən isə ağlayardın bərkdən,

Lap ürəkdən gələn sözlər kimi

Qəlbimdə yaşatdı əlimdən qopardı səni

Ən bədbəxt günlər tapardı səni, atardı səni,

Gözlərin, sən yalan danışanda satardı səni.

Günahkar gözlərin var, məni yaşadan gözlərin,

Mənim kobudluğum və sənin yaşaran gözlərin,

Yadımda yenə soyuq Noyabr yağışlar,

Bağışla əzizim, nifrətimə görə bağışla.

Bizi ayırır sətirlər, qatarlar ayırır,

Dəli olmuş şairlərin dövrü bitmiş sayılır,

Axtarma, bizə rekviyem həsr olundu,

Onun yazdığı dramalarda bizdən bəhs olundu,

Sevgi (məhsulundu), onun adı ayrılıq,

Biz isə hər zaman xatirələrə qayıdırıq

Və hər şəraiti yaradırıq ki, sadəcə unudaq

Və sonunda unuduruq..

Okaber more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:https://www.facebook.com/okaber
  • Wiki:https://en.wikipedia.org/wiki/Okaber
Okaber Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs