Qadın ətri lyrics
Qadın ətri lyrics
Qısaqapanma, ilıq kappuçino
Yeni sətirlər, ağ-qara film,kino
Mən sanki rəssam
Fırçalarım xəzan
Mən köhnə piano
Akkordlar di minor
Yenə avtobuslar, dayanacaqlar
Tələsən insanlar dayanacaqlar
Bakıya yağır noyabr payızı
Bu yuxudan mən istəmirəm ayılım
Mənim həyatımda yoxdu yaxşı insanlar
Yaxınlar, səhvlərinə öyrəşdiyim adamlar var
Mənim həyatımda yoxdu şahzadələr
Var göz yaşlarına toxunduğum qadınlar
Bədəni tanımaq, tanımaq hər nöqtəsini
Bu roman, bu kitabın yox nöqtəsi
Sanki mələklər utanır ahlardan
Bu pəncərələrin qapanır pərdəsi
Və rəqs edərik səhərə kimi səninlə
Bu mahnının olmasın nəqarəti
Sadəcə qulaq as, sakitcə dinlə
Saksafon və qadın ətri
Mən tapa bilmirəm hislərimin adını
Sən sanki içki, siqaret, pis vərdiş
Mən sənlə qalardım bəlkə də, əbədi
Amma ki, şairlər içlərində dərviş
Mən tapmalıyam Allahı səhralarda
Ya da ki, fahişələr həqiqəti pıçıldar
Mən bilmirəm kim bu ruhlar
Hara aparır məni asfalt yollar
Söz ver səni heç kəs belə görməyəcək
Mən gedirəm amma söz ver ki, gözləyəcəksən
Mən gedirəm, səni sevirəm, əlvida
Qorxma, xəyanətləri səndən gizləyəcəm
Sən yenə hər səhər süz iki kappuçino
Bilmək olmaz bəlkə bir gün qayıtdım
Sən gözündə nifrət baxarsan mənə
Mən gülüb deyəcəm "Salam darıxdım"
Və rəqs edərik səhərə kimi səninlə
Bu mahnının olmasın nəqarəti
Sadəcə qulaq as, sakitcə dinlə
Saksafon və qadın ətri
- Artist:Qaraqan