Rəf lyrics
Rəf lyrics
Sanırdım hәr dәrdimә dәvadı yoldaşım daima,
Hәlә dә peşmanam ki, kaş düşünüb daşınsaydım,
İlk dәfә aşiq olanda yolun әn başındaydım
Uşaqlığımı axtaranda artıq 20 yaşımdaydım.
...gecikmişdim. Çıxırdı daşdan hәr işim,
Baş verәn hәr yeni tәrkediş ağlıma qәrq olub itir.
Zamanlar nöqsanlar dәyişir, insanlar dәyişir,
Gәlәndә xoş qonaq gәlir, gedәndә dәrd olur gedir.
Neçə-neçə həyat oxudum, neçə səhifəni əzbərlədim,
İçimdə ahu-nalə qopur, fikri uzaq aparmayın.
Var olan hər doğmama əsər yazıb, qibtə eylədim,
Bax, indi həmin rəfdə kitab qalmayıb.
Neyləsin getməsin indi gözümün nuru ilahi?
Nə qədər göz yola baxsın? Qalıb intizar içində.
Elə üzmüş ahu-zarım, məni ruzigar içində
ki, görən bu ahu-zarı qalır ahu-zar içində.
... axı mən cahana misafir,
Hicran ölüm ilə yeksan, gülümsə bir mənə xatir.
Nazlı qəmzəli o dilbər olub şeirimə şamil,
Artıq iki ildir ki, gülmür o şair.
Camalı dərdə bürünmüş afətin gözləri nəmli,
Gözümə baxan gözünlə necə süzdün özgələrini?
Xətrimi pərişan görüb, dar günün seyrinə gəldin,
Səni şərh edən əllər qürbətdədi, şeiri vətəndi.
Eyib eləsəydin, puç olardı taxt və tacın,
Bəlkə də zəhər qoxan ruhuma dua - şərbət əlacım.
Şairin qırılsın əlləri, ya şeir dəftəri yansın
ki yazsa birdə nakam eşqə namə. Aləm utansın.
Yenә hәmәnki gün olsaydı, güzәran olsaydı,
Ağarza kimi qardaş, şeir gözlü gözəl yar olsaydı.
Eşqi qəlbə xəta, qardaşa canı fəda,
Olmazdı həmənki əda, yarın saçını hörən mən olsaydım.
- Artist:BadClause