Savalan lyrics

Songs   2024-09-17 19:13:15

Savalan lyrics

Səni neçə şair saldı nəğməyə,

Növbə çatdı mənə indi, Savalan.

Sənə arxam deyə, ümidim deyə,

Qanadlandı könlüm, dindi, Savalan.

Ümidim olsa da görüşümüzə,

Yenə də ürəyim döndü bir güzə,

Öpmək istədim, baxmadı sözə,

Sinəmdə şimşəyə döndü Savalan.

Tök ayağın altda gül də, çiçək də,

Bir süfrə açaydım al-əlvan rəngdə,

Yediyim bir tikə, pəriçörək də,

Deyəydim canıma sindi, Savalan.

Kaş ayağın altda gül də, çiçək də,

Bir süfrə açaydım al-əlvan rəngdə,

Yediyim bir tikə, pəriçörək də,

Deyəydim canıma sindi, Savalan.

Sən bizim ellərin vüqar rəmzisən,

Müdrik babaların müdrik sözüsən.

İgid oğulların odu-közüsən,

Kim deyir, atəşin söndü, Savalan.(x2)

Vətən dağlarının ağsaqqal dağı,

Gah ayrılıq dağı, gah vüsal dağı,

Sabahlı günlərin istiqbal dağı,

Demə, bu nə aydı, gündü, Savalan.

Ayağın altına düzərəm xonça,

Yığılar dövrünə qız, gəlin, qoca.

Səndən güc alaram səsim çatınca,

Səslərəm şəhəri, kəndi, Savalan.

Kaş ayağın altda gül də, çiçək də,

Bir süfrə açaydım al-əlvan rəngdə,

Yediyim bir tikə, pəriçörək də,

Deyəydim canıma sindi, Savalan.(x2)

Sən bizim ellərin vüqar rəmzisən,

Müdrik babaların müdrik sözüsən.

İgid oğulların odu-közüsən,

Kim deyir, atəşin söndü, Savalan.(x2)

  • Artist:Aref
  • Album:Qərib Anam
Aref more
  • country:Iran
  • Languages:Persian, Azerbaijani
  • Genre:Pop, Rock
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Aref_Arefkia
Aref Lyrics more
Aref Featuring Lyrics more
Aref Also Performed Pyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs