Sonu Görünməyən Yol lyrics

Songs   2025-12-06 17:08:16

Sonu Görünməyən Yol lyrics

Hər sətir sanki bahalı bir almaz

İçimin dərinliklərindən yazıram almost

Kick snare, hi-hat, bir də bass

Bəs edir ki, mən yazım sətir və yazım səs

Amma bəs eləmir hərdən bir bitki

Qarşısı alınsın hansısa itki

Bu istedaddır, vərdiş yoxsa vergi

Kim bilir ki, ki, ki, kim bilir ki,

Qara-qura vərəqləri toplasam yataq otaqımdan

Metenin səsi əskik olmaz qulağından

Bu mahnıların hərəsi bir uşağım

Mən tez-tez ata oluram

İlham pəriləri sevgililərim

Sətirlərin izləri həyatlarda dərin

Qayda-qanunlar maneələrdi

Amma çoxdan aşmışam bu çəpəri

Həyat yoldur sonu görünməyən

Gedirəm mən üstündə sürətlə

De, kim var ki, əvəz edilməyən

Sadəcə addımla diqqətlə (x2)

Neçə-neçə vərəqi qələmin diyircəyinə

Poligon elədim, səsim əsmədi

Nə canlı, nə də monoton tonumu dinləmiyib hələ heç

kim

İlhamım elə həyatın özüdü

Onu gətirmir nə otlar, nə də ki, içki

Və o kəs ki, deyir ki, Mete indi bitirəcək sürəti

Qoy dinləsin gözünü açıb, üzünü aşağı əyəcəyi

şiddəti

Səhnə darıxmır, əgər mən onda

Kütlə darıxmır, əgər mən onla

Əllər havadadı, yellənir sağa-sola

Səhnədə Mete, mən hegemonam (x2)

Həyat yoldur sonu görünməyən

Gedirəm mən üstündə sürətlə

De, kim var ki, əvəz edilməyən

Sadəcə addımla diqqətlə (x2)

  • Artist:PRoMete
  • Album:Köhnə Mahnılar
PRoMete more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Turkish, Russian
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://az.wikipedia.org/wiki/ProMete
PRoMete Lyrics more
PRoMete Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs