Stressed Out [Azerbaijani translation]
Stressed Out [Azerbaijani translation]
[1. Bənd]
Kaş ki heç kimin eşitmədiyi daha yaxşı melodiyalar tapsaydım
Kaş ki daha yaxşı şeylər deyən daha gözəl bir səsim olsaydı
Kaş ki nizamlı yeni akkordlar tapsaydım
Kaş ki hər dəfə oxuyanda qafiyələməli olmasaydım
Mənə deyildi ki, yaşlananda, büyün qorxularım azalacaq
Amma indi etibarsızam, və insanların nə düşündükləri məni maraqlandırır
[Ön-Nəqərat]
Mənim adım Blurryface və sənin nə düşündüyün məni maraqlandırır
Mənim adım Blurryface və sənin nə düşündüyün məni maraqlandırır
[Nəqərat]
Kaş ki zamanı geri döndürə bilsək, köhnə gözəl günlərə
Anamızın yatmağımız üçün mahnı oxuduğu vaxtlara, amma indi stresliyik
Kaş ki zamanı geri döndürə bilsək, köhnə gözəl günlərə
Anamızın yatmağımız üçün mahnı oxuduğu vaxtlara, amma indi stresliyik
[2. Bənd]
Bəzən müəyyən bir qoxu məni gənc olduğum zamanlara aparacaq
Necə bunun haradan gəldiyini heç vaxt müəyyən edə bilmirəm?
Ondan bir şam düzəldərdim, əgər onu tapsam
Satmağa çalışardım, əsla satıb qurtulmazdım, yəqin ki sadəcə bir nəfərə satardım
O mənim qardaşım olardı, çünki burunlarımız eynidir, paltarlarımız eynidir, eyni evdə böyüdük, gəzindiyimiz dərədən daşlar atdıq
Amma bu bizə heç nəyin önəmli olmadığı zamanları xatırladardı
Tələbə borclarından və ağac evlərdən, hamımız ikincini seçərdik
[Ön-Nəqərat] + [Nəqərat]
[Körpü]
Rol oynayardıq, bir-birimizə müxtəlif adlar verərdik, roket gəmi düzəldib uzaqlara uçurardıq
Kosmosu xəyal edərdik, amma indi onlar üzümüzə gülür və oxuyurlar "oyan, pul qazanmalısan", bəli
[Nəqərat]
[Çıxış] (Blurryface)
Rol oynayardıq, rol oynayardıq, pul
Rol oynayardıq, oyan pul qazanmalısan
Rol oynayardıq, rol oynayardıq, pul
Rol oynayardıq, oyan pul qazanmalısan
Rol oynayardıq, bir-birimizə müxtəlif adlar verərdik, roket gəmi düzəldib uzaqlara uçurardıq
Kosmosu xəyal edərdik, amma indi onlar üzümüzə gülür və oxuyurlar "oyan, pul qazanmalısan", bəli
- Artist:twenty one pilots
- Album:Blurryface (2015)