TABOO lyrics

Songs   2024-10-05 05:23:32

TABOO lyrics

Gəl yağışa addım ataq ya da qarışaq buludlara

Gəl ümidvaram sözünü dəyişək olsun unutmaram

Gəl elə bil torpağa girək ki, əbədi yata bilək

Ya da elə bil duaya dönək ki, Allaha çata bilək

Mən geri dönənə qədər bütün ulduzları say demişəm

O qədər dəli oldum qışa yay,noyabra may demişəm

Sən yarımın qasidisən əyləş sənə çay demişəm

Bəlkə tez xəbər gətirəsən yardan gələn ay demişəm

Gəl bu millətə yuxusuzluq dərmanı daddıraq

Gəl elə bir üsyan qaldıraq buranı yandıraq

Mən gözəlliyinə aşiq sən isə Qarabağ olaydın

Mən Müşfiq olaydım sən də Yenə O Bağ olaydın1

Gəl elə bir külək ol kəfənimi cır mənə əs gedim

Ya da şaxta ol beynimi dondur bədənimi kəs gedim

Geri dönməzmi gedən qatar bir dəfə dayanmazmı?

Oyadar xəlq-i-əfqanım qara baxtım2 oyanmazmı?

Biz yolunan saçların əvəzini yolmağa gəlmişik

Biz Xarı Bülbülün haqqını almağa gəlmişik

Mən şəhidəm sən qərənfilim solmağa gəlmişik

Biz tək müharibədə könüllü olmağa gəlmişik

Gəl son cəngavər döyüş təbilini vuranda görüşək

Gəl Turanda3 görüşək ayələrə dönək Quranda görüşək

Gəl əbədi BozQurda dönək ulayaq qiyamətə

Gəl bütün Türkistan Qarabağ üçün ayağa duranda görüşək

Gəl Turanda görşək!

1. http://lyricstranslate.com/en/mikayil-mushfig-yen%C9%99-o-ba%C4%9F-olayd...2. This is actually "bəxt". Bəxt-bəxtim.3. https://en.wikipedia.org/wiki/Turanism

Okaber more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:https://www.facebook.com/okaber
  • Wiki:https://en.wikipedia.org/wiki/Okaber
Okaber Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs