Torna a casa [Azerbaijani translation]
Torna a casa [Azerbaijani translation]
Küləyin şiddətlə əsdiyi şəhərimi gəzirəm
Hər şeyi geridə qoydum, günəşsə üfüqdədi
Uzaqdan qapıları bağlı evlər görürəm
Amma xoşbəxtlikdən onun əlləri və qırmızı yanaqlarına sahibəm
Tikanlarla örtülü ikən o məni yerdən topladı
Ətrafımda sancmağa hazır minlərlə ilan toplanmışkən
O bütün bu insanlara və onların sözlərinə əhəmiyyət vermədi
Bir baxışı ilə məni bu yerdən getməyə razı saldı
Bu daha əvvəl heç kimin eləmədiyi bir səyahətdi
Alisa və möcüzəli diyarı, bir də dəli şlyapaçı
Bu yolu gedəcəyik və mən əsla yorulmayacam
Zaman saçlarına dən düşürənə qədər
Əlimdə boş bir kağız və bir də yarımçıq bir siqaret var
Hələ biraz vaxtımız var, tələsməyə ehtiyac yoxdu
Fikrimdə əvvəl heç demədiyim bir cümlə yazılıdı
Çünki sənsiz bir həyat mükəmməl ola bilməz
Marlena, evə qayıt, hava getdikcə soyuyur
Marlena, evə qayıt, daha gözləmək istəmirəm
Marlena, evə qayıt, hava getdikcə soyuyur
Marlena, evə qayıt, sənsiz yox olmaqdan qorxuram
Və burda göy üzü yavaş yavaş şəffaflaşır
Günəş insanların zəifliklərini aydınladır
O əlləri ilə üzümə şirin şirin sığal çəkəndə
Duzlu göz yaşı yavaş yavaş yanaqlarımı isladır
Əllərimdə qanla zirvələrə dırmaşacam
İnsan gözünün çata biləcəyi ən yüksək nöqtədə olmaq istəyirəm
Bütün səhvlərimi bağışlamağı öyrənmək üçün
Çünki bəzən mələklər belə ölməkdən qorxurlar
Əlimdə boş bir kağız və bir də yarımçıq bir siqaret var
İntiqama susamış insanlardan qaçmalıyıq
Məni boğan bu torpaqlardan qaçmalıyıq
Dünən sakit idim, çünki bu gün fırtına olacam
Marlena, evə qayıt, hava getdikcə soyuyur
Marlena, evə qayıt, daha gözləmək istəmirəm
Marlena, evə qayıt, hava getdikcə soyuyur
Marlena, evə qayıt, daha istəmirəm...
Səndən əvvəl sadəcə bir axmaq idim, icazə ver indi özümdən danışım
Qırış pencəyim və biləklərimdə kəsiklər var idi
Bu gün özümü şanslı hiss edirəm, başqa sözüm yoxdu
Bu şəhər gəlişini görəndə özünü göstərəcək
Təqsirkar olmaqla hakim olmaq arasında tarazlıqda idim
O qaranlığa işığı gətirən həyəcan idi
Səni bu parlaq zəncirlərdən azad etdi
Bunun ölüm yoxsa yenidən doğuş olduğuna dair şübhələr də mənim idi
Marlena, evə qayıt, hava getdikcə soyuyur
Marlena, evə qayıt, daha gözləmək istəmirəm
Marlena, evə qayıt, hava getdikcə soyuyur
Marlena, evə qayıt, sənsiz yox olmaqdan qorxuram
Marlena, evə qayıt, hava getdikcə soyuyur
Marlena, evə qayıt, hava getdikcə soyuyur
Marlena, evə qayıt, sənsiz yox olmaqdan qorxuram
- Artist:Måneskin