Ты и Я [Ty i Ya] [Azerbaijani translation]

Songs   2024-07-08 19:58:41

Ты и Я [Ty i Ya] [Azerbaijani translation]

Sübh çağı yavaşca oxuyurdu mənə külək, qəlbim soyudu,

Bəlkə, heç sevmirdi? Özüm də bilmirəm...

Elə bil bütün baş verənləri unutdu,

Yeni sahilə getmək vaxtımdır mənim.

Dəniz mənə pıçıldayırdı: "Yenidən başlamaq sizə qismət deyil,

Get və ona yeni görüş söz vermə"...

Sən məni rədd etdin, lakin əzmimi qırmadın,

Nəhayət mən azadam, əlvida!

Sən və mən, sən və mən, sən və mən, işıq və qaranlıq dünyasında,

Sən və mən, sən və mən, sən və mən, iki uzaq planet,

Dünən mən çox lazım idim,

İndi isə biz yoxuq, amma mən tək deyiləm...

Qanadlarımı düzəltmək üçün səma deyirdi mənə: "Unut onu",

Amma mən inanmırdım, arzulamağı dayandırmırdım,

Birlikdə yerdə gəzərkən bizə çox dardır,

Ancaq sən uça bilmirsən!

Sən və mən, sanki odla su,

Və aramızdakı məsafə,

Bütün həyat boyu belə olub...

4POST more
  • country:Russia
  • Languages:Russian, English, Chinese
  • Genre:
  • Official site:http://4postgroup.com
  • Wiki:
4POST Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs