Ты знаешь, мама [Ty Znaesh', Mama] [Azerbaijani translation]

Songs   2024-10-05 23:04:10

Ты знаешь, мама [Ty Znaesh', Mama] [Azerbaijani translation]

İndi aramızda buludlar var

Səninlə danışmaq olmur.

Yer üzündə tək gəzmək

Bilirsənmi, ana, nə qədər çətindir?

Sənin əllərinə toxunmaq,

Sənə ilk həqiqi məhəbbətimdən

Danışmaq arzusu

Məni titrədənə qədər böyükdür.

Bilirsənmi, ana, o, necə birisidir?

O, hamı kimi deyil.

Elə deyil, başqa cürədir,

Etibarlıdır, mehribandır, əzizdir.

O, ancaq mənə aiddir, o, mənimdir.

Mən isə onun arxasında sanki divar arxasındayam.

Bilirsənmi, o... o, necə zarafatçıldır.

Mən isə sükutla göz yaşım gələnə kimi danışdım.

Heç olmasa yuxuda bir az da qal yanımda.

Mənə necə də soyuqdur, necə də tənhayam,

Təkbaşına bir qərara gəlmək necə də qorxuludur.

Kaş heç olmasa bir anlıq

Sənin səsini eşidəydim.

Məhəbbət bir yağış kimi yaxınlaşır.

Sevgilimlə susmaq xoşdur.

Və əgər məni eşidirsənsə, ana,

Ona nə söyləyim deyə bir məsləhət ver.

Bilirsənmi, ana, o, necə birisidir?

O, hamı kimi deyil.

Elə deyil, başqa cürədir,

Etibarlıdır, mehribandır, əzizdir.

O, ancaq mənə aiddir, o, mənimdir.

Mən isə onun arxasında sanki divar arxasındayam.

Bilirsənmi, o... o, necə zarafatçıldır.

Mən isə sükutla göz yaşım gələnə kimi danışdım.

Heç olmasa yuxuda bir az da qal yanımda.

Diana Gurtskaya more
  • country:Russia
  • Languages:Russian, English, Abkhaz, Georgian, Italian
  • Genre:Pop, Pop-Rock
  • Official site:http://gurtskaya.ru/
  • Wiki:https://en.wikipedia.org/wiki/Diana_Gurtskaya
Diana Gurtskaya Lyrics more
Diana Gurtskaya Featuring Lyrics more
Diana Gurtskaya Also Performed Pyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs