Yağış [Şeir:Yetim Eyvaz] lyrics

Songs   2024-07-04 14:07:04

Yağış [Şeir:Yetim Eyvaz] lyrics

Yağ ey yağış,ürəyim dağ ey yağış

Bir tək sən yağanda ruhum olur sağ ey yağış

Yağ ey yağış,bədənim palçığa dönsün

Axı daşdandı bu şair içi torpağ ey yağış

Yağ ey yağış,gözümdə göz yaşı tək

O köhnə sevgimizin xəyallarının üstünə yağ

Yumşaq buluddu qəlbim özümsə heykəl adam

Vərəqim daşdı,qələm yaşdı,şeir büstünə yağ

Yağ ey yağış,yağ sən pəncərəmdə

Səninlə axım gedim bəlkə onda bitər zülüm

Bir gün yağsan əgər yarım olan yerlərə sən

İcazə ver süzülən damlalarda mən süzülüm

Yağ ey yağış,sənin də işin çətin

Nə qədər yağsan belə qəlbimdəki od sönməz

Bilirəm geri dönməzsən həminki buludlarla

O yar da mənə gəlməz,o yar da mənə dönməz

Yağ ey yağış,nə olar yağ dayanma

Yorulma yağ bir gün aşiqlər ağlamasın

Və soruş yarımdan,qorxursa şimşəkdən

Söylə buludlarına səs etməsin,çağlamasın

Yağ ey yağış,içimdə həsrət tək

Gör əgər soyuqdursa al yorğanı üstünə çək

Yaddan çıxıbdırsa pəncərisini bağla yağış

Çəkilib bir kənarda mənim yerimə ağla yağış

Yağ ey yağış,gecələr həmdəmim ol

Elə yağ göylərdən yerlərə bir leysan tək

Əgər ki oyanmasam bir gecənin səhərində

Aparıb şeirlərimi yarıma ver ehsan tək

Yağ ey yağış,ürəyim dağ ey yağış

Bir tək sən yağanda ruhum olur sağ ey yağış

Yağ ey yağış,bədənim palçığa dönsün

Axı daşdandı bu şair içi torpağ ey yağış

Elvin Nasir more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:https://www.youtube.com/channel/UC4CIi5kBoP0G6Mi2ppICuwQ
  • Wiki:
Elvin Nasir Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs