Yar ağladı lyrics

Songs   2024-09-27 23:14:31

Yar ağladı lyrics

Yarın boyun qucaqladım,

Yar ağladı, mən ağladım

Yığışdı qonşular bütün,

Car ağladı, mən ağladım

Elə ki əsdi bir xəzan,

Talandı güllərim mənim

Xəbər çatınca bülbülə,

Xar ağladı, mən ağladım

Ürək sözün dedim tara,

Simlər oldu para-para

Yavaş-yavaş sızıldadı,

Tar ağladı, mən ağladım

Başında qar qalan dağa

Danışdım ayrılıq sözün

Bir «Ah» çəkib başındakı

Qar ağladı, mən ağladım

Dedim ki, həqq1 mənimkidir,

Başımı çəkdilər dara

Tənab kəsən də boynumu,

Dar ağladı, mən ağladım

1. Əsli: haqq

Şəbnəm Tovuzlu more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Pop
  • Official site:https://www.youtube.com/channel/UCn098rkDpKPXu5GGc_JujwA
  • Wiki:
Şəbnəm Tovuzlu Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs