Chito, Gvrito [Miminos Simghera] ჩიტო, გვრიტო [Azerbaijani translation]

Songs   2024-11-19 04:51:31

Chito, Gvrito [Miminos Simghera] ჩიტო, გვრიტო [Azerbaijani translation]

Məni nə oxutdurur? Sonsuz göylər, zanbağın rəngi.

Sevinəndə oxuyuram, həsrət çəkəndə yenə oxuyuram.

Məni nə oxutdurur? Qızılgülün nəfəsi, lalənin rəngi.

Əlbət mahnı alnıma yazılıb ki, budur, mən də oxuyuram.

Ay quşcuğaz, ay qurqur, ay mirvari quşcuğaz!

Ay quşcuğaz, ay qurqur, ay mirvari quşcuğaz!

Mahnım! Onu günəş, onu xalq, onu göylər yaşadıb.

Mən oxuyarkən uzaqdan isidir məni uşaqlığım.

Mən oxuyarkən qarşıdan gələn qocalığımı görürəm.

Və istər-istəməz ürəyimi alır gizli həsrət.

Ay quşcuğaz, ay qurqur, ay mirvari quşcuğaz!

Ay quşcuğaz, ay qurqur, ay mirvari quşcuğaz!

Mənə mahnımı dağlar öyrədib, quşlar oxuyub,

Elə düşünürəm ki, bu mahnıyla dil açmışam.

Necə deyərlər, qu oxuyursa demək həyatının sonudur.

Qoy mahnıyla ölüm, daha bundan artıq nə arzulayım ki?

Ay quşcuğaz, ay qurqur, ay mirvari quşcuğaz!

Ay quşcuğaz, ay qurqur, ay mirvari quşcuğaz!

Vakhtang Kikabidze more
  • country:Georgia
  • Languages:Russian, Georgian, Turkish, Armenian
  • Genre:Pop
  • Official site:
  • Wiki:http://en.wikipedia.org/wiki/Vakhtang_Kikabidze
Vakhtang Kikabidze Lyrics more
Vakhtang Kikabidze Featuring Lyrics more
Vakhtang Kikabidze Also Performed Pyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs