Corazón de poeta [Azerbaijani translation]
Corazón de poeta [Azerbaijani translation]
Üzünün ifadəsi bir çiçək kimi,
Səsi quşun səsi kimi,
Qəlbi da apreldəki
Bədr ayı kimidir.
Sözlərində atəş var,
Həm də qışın soyuğu.
Dərisi küləyin çırpdiğı ağacın
Dərisindən də möhkəmdir.
Sahibdir şair qəlbinə,
Həm böyük uşağın, həm uşağabənzər adamın qəlbinə,
Dəli kimi sevməyi bacaran,
Qəmin içində bata bilən bir qəlbə.
O, sahibdir şair qəlbinə,
Yolçunun, dilənçinin qəlbinə.
Onu belə tanıdım,
Necə vardır elə xoşuma gəlir,
Çünki sahibdir şair qəlbinə.
Günəş qədər təkəbbürlüdür,
Baxışı səmimidir,
Onun qartək dərisi isinir
O, mənim yanımda olanda.
O, vəfalı dost və sevgilidir.
Ulduzlara baxır,
Yanımda gəzərək
Gözəl şeyləri xəyal edir.
Sahibdir şair qəlbinə,
Həm böyük uşağın, həm uşağabənzər adamın qəlbinə,
Dəli kimi sevməyi bacaran,
Qəmin içində bata bilən bir qəlbə.
O, sahibdir şair qəlbinə,
Yolçunun, dilənçinin qəlbinə.
Onu belə tanıdım,
Necə vardır elə xoşuma gəlir,
Çünki sahibdir şair qəlbinə.
O, sahibdir şair qəlbinə,
Yolçunun, dilənçinin qəlbinə.
Onu belə tanıdım,
Necə vardır elə xoşuma gəlir,
Çünki sahibdir şair qəlbinə.
Çünki sahibdir şair qəlbinə.
- Artist:Jeanette
- Album:Corazón de poeta