Xan Nənə lyrics

Songs   2024-11-29 09:13:22

Xan Nənə lyrics

Xan nənə, hayanda qaldın?

Belə başıva dolannam.

Necə mən səni itirdim!

Da sənin tayın tapılmaz.

Sən ölən gün əmmə gəldi,

Məni götdü ayrı kəndə.

Mən uşaq, nə anlayaydım?

Başımı qatıb uşaqlar,

Neçə gün mən orda qaldım.

Qayıdıb gələndə baxdım,

Yerüvü yığışdırıblar.

Nə özün və nə yerin var,

“Hanı Xan nənəm?” soruşdum.

Dedilər ki: Xan nənəmi

Aparıblar Kərbəlayə.

Ki şəfasın ordan alsın.

Səfəri uzun səfərdir.

Bir-iki il çəkər gəlincə.

Necə ağladım yanıqlı,

Neçə gün elə çığırdun

Ki səsim, sinəm tutuldu.

O, mən olmasam yanında,

Özü heç yerə gedəmməz.

Bu səfər nofubdu, mənsiz

Özü tək qoyub gedibdi.

Hamıdan acıq edərkən,

Hamıya acqlı baxdım.

Sora başladım ki: mən də

Gedirəm onun dalnıca.

Dedilər, səninki tezdir,

İmamın məzarı üstə –

Uşağı aparmaq olmaz,

Sən oxu, Quranı tez çıx,

Sən onu çıxınca, bəlkə

Gələ Xan nənə səfərdən.

Tələsik rəvanlamaqda

Oxuyub Quranı çıxdım.

Ki, yazım sənə: Gəl indi,

Daha çıxmışam Quranı.

Mənə sovqat al gələndə.

Amma hər kağız yazanda

Ağamın gözü dolardı.

Sən də ki, gəlib çıxmadın,

Neçə il bu intizarla

Günü, həftəni sanardım.

Ta yavaş-yavaş göz açdım,

Anladım ki, sən ölübsən!

Bilə-bilmiyə hənuz da

Ürəyimdə bir itik var.

Gözüm axtarar həmişə,

Nə yamandı bu itiklər.

Xan nənə, canım, nolaydı,

Səni bir də mən tapaydım,

O ayaqlar üstə bir də

Döşənib bir ağlıyaydım.

Qolu həlqə salmış iptək

O ayağı bağlıyaydım.

Ki, daha gedəmmiyəydin.

Gecələr yatanda, sən də

Məni qoynuva alardın.

Necə bağrıva basardın,

Qolun üstə gah salardın.

Acı dünyanı atarkən

İkimiz şirin yatardıq.

Yuxuda lülü atarkən

Səni mən bələşdirərdim.

Gecəli su qızdırardın,

Özüvü təmizləyərdin.

Genə də məni öpərdin,

Heç mənə acıqlamazdın.

Savaşan mənə kim olsun,

Sən mənə havar durardın.

Məni sən, anam döyəndə

Qapıb aradan çıxardın.

Elə istilik, o istək

Daha kimsədə olurmu?

Ürəyim deyir ki: Yox-yox.

O dərin, səfalı istək

Mənim o əzizliyim tək

Sənilə gedib, tükəndi.

Xan nənə, özün deyərdin

Ki, sənə behiştdə Allah

Verəcək nə istəyirsən.

Bu sözün yadında qalsın,

Mənə qövlünü veribsən.

Elə bir günüm olursa,

Bilisən nə istərəm mən?

Sözümə dürüst qulaq ver:

Sən ilən uşaqlıq əhdin.

Xan nənə, aman, nolaydı,

Bir uşaqlığı tapaydım.

Bir də mən sənə çataydım,

Sənilən qucaqlaşaydım.

Sənilən bir ağlaşaydım.

Yenidən uşaq olurkən

Qucağında bir yataydım.

Elə bir behişt olursa,

Daha mən öz Allahımdan

Başqa bir şey istəməzdim.

Shahriar more
  • country:Iran
  • Languages:Persian, Azerbaijani
  • Genre:Poetry
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Mohammad-Hossein_Shahriar
Shahriar Lyrics more
Shahriar Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs