Qazi [Çəkilin Qazi gəlir] lyrics

Songs   2024-07-04 13:37:14

Qazi [Çəkilin Qazi gəlir] lyrics

Çəkilin qazi gəlir,Allah razi,gəlir

Yolunda qurban kəs,ver nəzir niyazi gəlir

İtirib əlin qolun,ayağlarını ancaq ki

Düşmənə verilməyən bütöv bir ərazi gəlir

Bir gözü olmasa da,hamıdan yaxşı görür

O gözün nuru bizim torpağa nurlar saçacaq

Ayağın birin kəsiblər,o birinə mil qoyulub

Çağırsa yenə də vətən,düşmənin üstünə qaçacaq

O həmin qazidir ki şəhidlik arzusundadır

Ağlayır halına yox,dostları şəhid düşüb

Bir gecə qəfil oyanmış yuxudan ağlayıraq

Ki şəhid dostu gəlib yuxuda şəhidnən görüşüb

Çəkilin qazi gəlir,ona hər şey fədadır

Bir ovuc torpağı çəkdilər ki bir can elədi

Həyatda ən dəyərli şey ki canın sağlıdır

Bu adamlar onu bu millətə qurban elədi

Çəkilin qazi gəlir,üstündə vətən torpağı

O həmin torpağın üstündə bitən bir çiçəkdir

Sağlığını verdiyi torpağda vətən bayrağı var

Qazilər keçmişdir,bu gün ki gündür,gələcəkdir

Çəkilin qazi gəlir,yolunda çiçək səpin

Aldığı güllə yarası bu millətin ürək dağıdır

O sarğılar ki bağlanıbdır onun yaralarına

Həmin ol qanlı sarğılar qeyrət bayrağıdır

Ki bədən parçalanıb,qeyrəti sağlamdır

O həmin qazidir ki əyilməz heç vaxt vüqarı

Güllələr bizə dəysin,qoy olan bizə olsun

Yetər ki yarələnmisin belə cənnət diyarı

Çəkilin qazi gəlir,Allah razi gəlir

Yolunda qurban kəs,ver nəzir niyazi gəlir

İtirib əlin qolun,ayağlarını ancaq ki

Düşmənə verilməyən bütöv bir ərazi gəlir

Elvin Nasir more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:https://www.youtube.com/channel/UC4CIi5kBoP0G6Mi2ppICuwQ
  • Wiki:
Elvin Nasir Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs